Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın

09:36 / 13.08.2016

 

Şəhidlik uca zirvədir. Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçənlər xalqın yaddaşında əbədi yaşayır və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində bir nümunə kimi göstərilirlər. Hər bir xalq mövcudluğuna görə ilk növbədə şəhidlərinə, qəhrəmanlarına borcludur. Şəhidlərə hörmət və ehtiram, şəhid ailələrinə isə diqqət və qayğı ölkə rəhbərliyinin fəaliyyətində həmişə prioritet olub, bu gün də bu istiqamətdə dövlət siyasəti uğurla davam etdirilir.

Son vaxtlar kütləvi informasiya vasitələrində bir neçə şəhid ailəsinin hər hansı bir probleminin qabardılaraq guya şəhidlərə hörmətsizlik, şəhid ailələrinə isə biganəlik, diqqətsizlik kimi ictimailəşdirilməsi şəhid qardaşı, Qarabağ müharibəsinin əlili, ehtiyatda olan polkovnik, həmçinin Qarabağ müharibəsinin əlil, veteran və şəhid ailələrini özündə birləşdirən böyük bir ictimai birliyin rəhbəri kimi məni çox narahat edir. Əvvəla bütün bu məsələlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə, Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına çox mənfi təsir göstərir. "Şəhidlərə hörmətsizlik, şəhid ailələrinə biganəlik kimi" təqdim edilən bu kimi materiallar çox vaxt da reallıqdan uzaqdır. Hər hansı bir məmurun səhlənkarlığı ucbatından bir arayış şəhidin ailəsinə gec çatırsa, bunu ümumiləşdirib şəhid ailəsinə hörmətsizlik kimi göstərmək və yaxud da hər hansı bir şəhid ailəsinin qaldırdığı problemin hüquqi əsası olub-olmadığını dəqiqləşdirmədən onu ictimailəşdirmək çaşqınlıq yaradır.

İctimai təşkilat olaraq biz bir çox nazirliklərlə əlaqəli işləyirik. Yaxşı bilirik ki, şəhid ailələri Müdafiə Nazirliyi rəhbərliyinin həmişə diqqət mərkəzindədir. Nazirliyin müvafiq idarələri bu işlə ciddi məşğul olurlar, şəhidlərin dəfn mərasimləri bütün əsgəri və dini ənənələrə uyğun olaraq yüksək səviyyədə təşkil olunur. Nazirliyin rəsmiləri mərasimlərdə yaxından iştirak edib şəhid ailələrinə dayaq olurlar.

Şəhid pilotların və polkovnik Murad Mirzəyevin dəfn mərasimi zamanı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən ta ikinci Şəhidlər Xiyabanınadək piyada irəliləyən böyük izdihamın qarşısında Müdafiə Nazirliyinin rəhbərliyi getmirdimi?! Yaxud ən ucqar kəndlərdə belə şəhidlər son mənzilə yola salınarkən Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri orada deyildilərmi? Ümumiyyətlə, mən başa düşmürəm ki, bəzi şəhid ailələri kiminsə mərasimə gəlib-gəlməməsini müzakirə obyektinə çevirirlər. Bu heç bizim mentalitetimizə də uyğun deyil. Aprel döyüşlərindən sonra bütün dünya gördü ki, Azərbaycan dövləti və xalqı öz şəhidini necə böyük izdihamla, hörmət və ehtiramla son mənzilə yola salır.

Onu da xatırlatmaq istəyirəm ki, Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində "Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi"nin yaradılması məhz  Müdafiə Nazirliyi rəhbərliyinin bu işə necə önəm verdiyinin təsdiqidir. Artıq bir neçə aydır ki, biz Müdafiə Nazirliyi ilə birlikdə şəhid ailələrinin problemlərinin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə "Şəhid ailəsi, Sən necə yaşayırsan?" devizi altında aksiya keçiririk. Mən bu işin nə kimi fayda verdiyini açıqlamaq istəmirəm. Ancaq şəhid ailələri yaxşı bilirlər ki, onların bir çox problemləri məhz bu aksiya nəticəsində öz müsbət həllini tapmışdır.

Bəzi şəhid ailələri Müdafiə Nazirliyini suçlayırlar ki, onların övladları layiq olduqları fəxri ad, orden və medallarla təltif edilməyiblər. Bu məsələni də bir çox jurnalistlər az qala Müdafiə Nazirliyinə qarşı ittiham kimi tirajlayırlar. Ancaq hər kəs birmənalı olaraq bilməlidir ki, döyüşçünün göstərdiyi şücaəti xidmət etdiyi hərbi hissənin komandanlığı kimi heç kim qiymətləndirə bilməz. Odur ki, hər bir hərbi qulluqçunun döyüş zamanı göstərdiyi xidmətlər komandalıq tərəfindən ciddi araşdırılır və layiq olduğu mükafata təqdim edilir. Doğrudur, hər bir şəhid bizim üçün və şəhidin ailəsi üçün həqiqətən qəhrəmandır. O, canını Vətən uğrunda qurban verib. Ancaq bu o demək deyildir ki, hər bir şəhid ailəsinin istəyi ilə, toplanmış imzalarla şəhid ölümündən sonra bu və ya digər dövlət təltifi ilə mükafatlandırılsın.

Bir də onu demək istəyirəm ki, şəhid ailələrinin ağrılı, acılı günlərində onların emosiyaları ilə oynanılmasın. Şəhidlərimizin adları qalmaqallarda hallandırılmasın. Şəhidlər öz müqəddəs şəhadətləri ilə ən uca məqama yüksəlmiş, həm ailələrinə, həm xalqımıza, həm dövlətimizə, həm də ordumuza başucalığı gətirmişlər. Bu gün hər birimiz bir məqsəd, bir amal naminə birləşməliyik: Şəhidlərin qisasını almaq, Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək.

 

Mehdi Mehdiyev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM