Strategiya.az bildirir ki, APA-nın məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 70-ci kilometrliyində, İmişli rayonunun Qaraqaşlı kəndi ərazsində qeydə alınıb. "Shackman" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü avtomobili qarşıda hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusuna çırpıb. Nəticədə 5 nəfər- avtobusun sərnişinləri və yük avtomobilinin sürcüsü müxtəlif xəsarətlərlə Saatlı və İmişli rayon xəstəxanalarına yerləşdirilib.
Onlardan üçünün ağır xəsarətlər aldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.