Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrlərə aid küplər tapılıb

12:39 / 16.08.2016

Ağcabədi rayonunun Minəxorlu kəndi yaxınlığında – Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib. AMEA-dan Strategiya.az-a verilən məlumata görə, mədəniyyət nümunələrini çayın yaxınlığında təsərrüfat işləri ilə məşğul olan Minəxorlu kənd sakinləri tapıblar. Sakinlər bu barədə kənd icra nümayəndəliyinə və Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinə məlumat veriblər. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölgədə tədqiqat aparan mütəxəssisləri bu barədə məlumatlandırılıblar.

Çay yatağında tədqiqat aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, tapılan küplər bir-birindən 100-120 metr aralı, iki qrup halındadır. Hər qrupda yan-yana bir ox boyunca düzülmüş üç küp var. Burada kənarlarına iri çay daşları qoyulmuş ocaq yeri də diqqəti cəlb edir. Onun içərisi təmizlənərkən sarı gilli torpaqda kömür qalıqlarına, saxsı qırıntılarına və sümük parçalarına təsadüf olunub.

Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan bu küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9-1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfüqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi – eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub.

“İlkin araşdırmalar Qarqarçay hövzəsində açılan küplərin də həmin dövrə aidliyini və maye (su və ya şərab) saxlanılan anbarın bir hissəsi olduğunu göstərir. Görünür, istiqamətini dəyişən Qarqarçay bu anbarın yerləşdiyi sahədən keçərək onu öz yatağının bir hissəsinə çevirib. Anbarın yaxınlığında – Qarqarçayın sol sahilində yerləşən və bəhs olunan dövrə aid zəngin yerüstü materialları olan Qurdlutəpə yaşayış məskəni ilə bağlılığını ehtimal etmək olar. Azərbaycan tarixinin nisbətən zəif öyrənilmiş dövrünə aid bu abidələrin tədqiqi maraq doğuran yeni nəticələr verə bilər”, – deyə arxeoloq bildirib.

Təvəkkül Əliyev qeyd edib ki, Qarqarçay hövzəsi Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən arxeoloji abidələrlə zəngindir. Hələ XIX əsrin sonlarından bu abidələr tədqiqatçıların diqqətini cəlb edir. Çayın Qarabağın həm dağlıq, həm də aran hissəsinə düşən sahillərində Tunc və Erkən Dəmir dövrünə aid kurqana, daş qutu tipli qəbirlərə, Antik və Orta əsrlərə aid nekropol və yaşayış yerlərinə tez-tez rast gəlinir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi artıq on ilə yaxındır Qarqarçayın sağ sahilində yerləşən qədim alban şəhər məskənində və onun yaxınlığındakı küp qəbirləri nekropolunda qazıntılar aparır. Dəstə, eyni zamanda, ətraf ərazilərdə kəşfiyyat-axtarış işlərini də həyata keçirir, təsərrüfat işləri zamanı aşkara çıxarılan yeni abidələri qeydə alıb sənədləşdirir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM