Strategiya.az-ın Fonda istinadən verdiyi məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, kompensasiyalar bankın müflis elan olunmasından 7 gün sonra, yəni avqustun 23-dən ödəniləcək.