Strategiya.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, seminar zamanı ABŞ və Azərbaycanın hərbi tibb mütəxəssisləri arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə təlimlərin təşkilində metodologiyalar, tibbi kəşfiyyat, ilkin yardımın göstərildiyi məntəqələr, əməliyyatlar zonasının tibbi hava təxliyə sistemi, tibbi personal və avadanlıq ilə bağlı Cenevrə Konvensiyalarının tələbləri və tərəfləri maraqlandıran digər mövzularda müzakirələr aparılacaq.
Seminar avqustun 19-dək davam edəcək.