Hazırda qlobal humanitar yardım tələbatları II Dünya Müharibəsindən bəri rekord həddə çatıb, belə ki, dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılıdır.
Ümumdünya Humanitar Yardım Günü Bağdadda 2003-cü ildə BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu (Sergio Vieira de Mello) da daxil olmaqla 22 nəfərin həyatı bahasına başa gəlmiş BMT-nin humanitar yardım missiyasının bombalanmasının altıncı ildönümündə – 2009-cu ildə təsis edilib.
Ümumdünya Humanitar Yardım Günü humanitar böhranların qurbanlarının ağır vəziyyətinin ön plana çəkildiyi gün olmaqla yanaşı, həm də bütün ölkələrdən olan minlərlə qadın və kişinin humanitar böhranların həllinin axtarılmasına yönələn səylərinin və çox zaman şəxsi fədakarlıqlarının qeyd edildiyi gündür. Bu, çox zaman köməksiz vəziyyətdə olanların həyatlarını yenidən qurmalarına, bəzən isə sadəcə olaraq növbəti günə salamat çıxmalarına yardım göstərmək üçün komfortlu həyatlarından ayrılıb münaqişələrin, texnogen və ya təbii fəlakətlərin olduğu yerlərə gedən insanlara rəğbət və dəstək günüdür.
Humanitar yardım işi həmişə təhlükəli iş olub və son illər insidentlər və bədbəxt hadisələr dözülməz həddə çatıb. Humanitar yardım işçilərinin təhlükəsizliyinə dair məlumat bazasında (https://aidworkersecurity.org/incidents/report/summary) 2004-cü ildən 2014-cü ilədək təhlükəsizlik sahəsində baş vermiş insidentlərin sayını əks etdirən rəqəmlər toplanıb və onlar Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının humanitar yardım işçilərinə hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı dalğavarı artımı nümayiş etdirir. 2004-cü ildə 56 humanitar yardım işçisi qətlə yetirildiyi halda, 2014-cü ildə bu rəqəm artaraq 121-ə çatıb. İnsidentlərin ümumi sayı 2004-cü ildəki 63 rəqəmindən 2014-cü ildə 190-da çatıb. Məlumat bazasında mülki əhalinin mənafelərinə xidmət edən və müharibələrin və şiddətli münaqişələrin təsirinə məruz qalan könüllülərin işinin nələrin bahasına başa gəldiyini göstərən təfsilatlı rəqəmlər təqdim edilir.
Furio De Angelis Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycandakı nümayəndəsi Furio De Angelis müraciətində bildirir: “Humanitar yardım işçiləri vəzifələrini yerinə yetirərkən həlak olduqda biz hamımız üzülür, oğurlanmış insanlar yenidən azadlıqlarına qovuşduqda isə sevinirik. Lakin çox zaman biz anlaya bilmirik ki, nəyə görə humanitar yardım işçiləri həll etməyə çalışdıqları problemlərin qurbanı olurlar? Nəyə görə humanitar yardım işçiləri getdikcə daha çox hallarda zorakılıqların və qətllərin hədəfinə çevrilirlər? Humanitar yardım işçilərinin məhz özlərini bu işə həsr edən və yalnız mülki əhalinin iztirablarını yüngülləşdirmək barədə düşünən insanlar kimi tanınmasını təmin etmək üçün nə etmək olar?”
Humanitar yardım işi insanların həyatının xilas edilməsini və insan iztirablarının aşkarlandığı hər bir yerdə ilk növbədə bu iztirabları aradan qaldırmağı tələb edən humanizm prinsipi, istənilən hərbi əməliyyatlar zamanı tərəflərdən heç birinin tərəfini tutmamağı nəzərdə tutan neytrallıq prinsipi, humanitar yardım fəaliyyətinin yalnız tələbatlara və ilk növbədə təxirəsalınmaz tələbatlara əsaslanmasını və hər hansı növ ayrı-seçkilik qoyulmadan çatdırılmasını nəzərdə tutan qərəzsizlik prinsipi və humanitar yardım fəaliyyətinin hər hansı digər qeyri-humanitar subyektlərin siyasi, iqtisadi, hərbi və ya digər məqsədlərindən asılı olmamasını nəzərdə tutan müstəqillik prinsipi kimi sadə və fundamental prinsiplərə əsaslanır. Bu prinsiplər mühüm praktiki əhəmiyyətə malikdir: birincisi, onlara riayət edilməsi humanitar yardım işçilərini tanımağa və münaqişə iştirakçılarından fərqləndirməyə imkan verir, ikincisi və ən önəmlisi onların təhlükəsizliyini təmin edir. Amma bunlar kifayət etmir və hər il bir çox humanitar yardım işçilərinin sadəcə olaraq öz işlərini yerinə yetirməsi həyatları bahasına başa gəlir.
Humanitar yardım işçilərinin fəaliyyət göstərdiyi bəzi münaqişələr zamanı humanitar prinsiplərə və əməliyyatlara qarşı sayğısızlığın və etinasızlığın yeni səviyyəsi müşahidə olunub. Mülki əhalinin uzun müddət mühasirədə saxlanması və ya humanitar təşkilatların xəstəxanalarının bombalanması son münaqişələr zamanı döyüşən tərəflərlə dinc mülki əhali arasında hər hansı fərq qoymaqdan mahiyyət etibarı ilə imtina edilməsinin dramatik rəmzinə çevrilib.
İqlim dəyişiklikləri və məhdud resurslar uğrunda rəqabət bu münaqişələri birləşdirir və onların mülki xarakterini artırır. İcmalar su çatışmazlığı və otlaqların səhralaşması ucbatından, habelə əkinə yararlı torpaqlara və balıqçılığa yararlı sulara çıxış əldə etmək üçün bir-birinə qarşı çıxırlar. Etnik mənsubiyyət və tayfabazlıq təhlükəsizliyin təminatına çevrilir və həmvətənlərin və köhnə qonşuların əleyhinə yönəlir.
Humanitar yardım işçiləri hamının sağ qalmaq uğrunda apardığı amansız mübarizənin təsirinə məruz qalır və çox zaman ən zəif şübhə ucbatından "əks tərəfin mövqeyində duran" və ya neytrallıqlarını itirən şəxslər hesab olunurlar. Onlar çıxılmaz vəziyyətlərdə "ildırım zərbəsini qəbul edən sipərə" çevrilir, habelə çalışdıqları yerlərdən çox-çox uzaqlarda oynanılan siyasi oyunların "qurbanlıq keçilərinə" çevrilirlər. Humanitar yardım işçilərinə hücumlar siyasi ismarıcların çatdırılması, maddi mənfəət əldə edilməsi, yaxud sadəcə olaraq müəyyən yerli mübahisədə mövqeyin bəyan edilməsi üsuluna çevrilir. Münaqişə tərəfi olan dövlətlər humanitar yardım işçilərinin neytral tərəf statusunu tanımalı, onların təhlükəsizliyini prioritet hesab etməli və təmin etməlidirlər.
Münaqişələrin siyasi yolla həllinə ehtiyac var. Humanitar böhranların humanitar həlli yolu yoxdur. Bu ismarıc bu ilin mayında İstanbulda keçirilmiş birinci Ümumdünya Humanitar Sammitinin 9 min iştirakçısı tərəfindən aydın şəkildə bəyan edildi. Təkcə münaqişələrdə birbaşa iştirak edən dövlətlər deyil, həm də digər dövlətlər kompromislər tapmaqdan ötrü siyasi iradə nümayiş etdirmək, rıçaqlardan istifadə etmək və döyüşən tərəfləri danışıqlar masası arxasında oturmağa vadar etmək üçün zəruri təzyiq göstərmək istiqamətində daha ciddi səy göstərməlidirlər.
Dünya ictimaiyyəti köhnə münaqişələrin həllini görmək və humanitar yardım işçiləri də daxil olmaqla qurbanların sayının artmasını dayandırmaq istəyirsə, daha hərəkətsiz qala bilməz.
Humanitar əməliyyatlarda öz xidmətlərini təklif edənlərin cəsurluğunu və fədakarlığını qeyd etdiyimiz bu gündə hər kəs bu işə töhfə verməsinin, münaqişə alovu üzərinə "bir vedrə su" atmasının yolları və vasitələri barədə düşünmək üçün əlavə səy göstərməlidir. Bunu humanitar əməliyyatlara maddi yardım göstərməklə və ya dünya liderlərinə liderliklərini həyata keçirmək və bütün dünyada sülhə və münaqişələrin həllinə nail olma işinə sadiqliklərini nümayiş etdirmək vəzifələrini davamlı olaraq xatırlatmaqla etmək olar.
Humanitar Yardım Günü humanitar yardım işçilərinin bu dünyanı daha dinc və tolerant məkana çevirməyə yönələn səylərinə öz imkan və vasitələrimizə əsaslanaraq mənən və hərəkətlərimizlə qoşulmaqla hamımızı bu işlərin həllində iştirak etməyə çağıran gündür.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 1993-cü ildən Azərbaycanda mühüm humanitar yardım funksiyasını yerinə yetirir və məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində və onların yaşayış şəraitinin və iqtisadi perspektivlərinin yaxşılaşdırılmasında hökumətə aktiv surətdə yardım göstərmiş bütün humanitar yardım işçilərinə minnətdarlıq edir.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM