Onun sözlərinə görə "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanması ilə bağlıdır: "Bakı şəhər DYPİ əhalinin və avtomobil sahiblərinin əvvəlcədən nəzərinə çatdırır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq. Avqustun 20-də qısa müddətə Qoşa Qala qapısı yanından Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinədək olan hissəyə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən "Beşmərtəbə" adlanan əraziyə tərəf yönəldiləcək".
V.Əsədov qeyd edib ki, avqustun 21-də isə Neftçilər prospektinin Bayraq meydanından Azadlıq meydanınadək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq nəqliyyat vasitələri Bayraq meydanından Bayıl və 20-ci Sahə istiqamətinə, həmçinin Səbail rayonu Yanğından Mühafizə Hissəsinin inzibati binasının qarşısından Bayıl qəsəbəsinə daxili yollara yönəldiləcək: "Bundan əlavə, Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət edənlər üçün Zərifə Əliyeva küçəsi ilə kəsişmədən sola, həmçinin Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Rəsul Rza küçəsi istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Yol Polisi İdarəsi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, filmin çəkilişləri tam başa çatanadək qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alıb alternativ yollarla hərəkət etsinlər".
Bölmə rəisi onu da əlavə edib ki, bundan əlavə, avqustun 21-i, eləcə də 24, 25, 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.
Strategiya.az