Strategiya.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bildirib.
“Biz Türkiyə hakimiyyəti ilə sıx təmasdayıq və terrorçu qruplaşmalarla mübarizədə Türkiyə ilə birgə işləyəcəyik”, deyə Prays qeyd edib. O, həmçinin Türkiyədə 17-18 avqustda törədilən partlayışları pisləyib.
Qeyd edək ki, ötən gün Eləzıq və Vanda törədilən iki partlayış nəticəsində 11 nəfər ölüb, 290-dan çox adam zərər çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.