Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur
– Elman müəllim, bu yaxınlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilmişdir. Dünyanın siyasi nizamının, iqtisadi münasibətlər sisteminin formalaşmasında əsas söz sahibi olan Rusiya və İranın iştirakı ilə keçirilən bu görüş beynəlxalq müstəvidə diqqət mərkəzində olmuşdur. Bu dövlətlərin Bakıda bir araya gəlməsini ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsinn nəticəsi kimi dəyərləndirmək mümkündürmü?
--Heç şübhəsiz bu, birmənalıdır. Yəni, son hadisələr də təsdiqləyir ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərinin diqqət mərkəzində olan ölkələrdəndir. Bu da respublikamızın reytinqinin getdikcə yüksəlməsinin nəticəsidir. Yadınızdadırsa, 2009-cu ildə Prezident İlham Əliyev belə bir fikir səsləndirmişdi ki, Azərbaycan artıq regional səviyyəni aşır. Sözün həqiqi mənasında, ölkəmiz bu gün beynəlxalq aləmdə ciddi bir aktora çevrilməkdədir. Son hadisələr də təsdiqləyir ki, hazırda dünya Azərbaycanla razılaşır və bizi çox etibarlı tərəfdaş kimi qəbul edir.
Haqqında bəhs olunan üçtərəfli Zirvə görüşü də dediklərimizi bir daha təsdiqləyir. Əvvəla, onu qeyd edim ki, hər üç dövlətin başçısının bir araya gəlməsi və tarixdə ilk dəfə olaraq belə bir formatın, yəni Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatının təşkili tarixi hadisədir. Bunu şərtləndirən birinci amil onunla bağlıdır ki, Azərbaycan Prezidenti dövlətinin xarici siyasətində ikitərəfli münasibətlər formatının həlledici format olduğunu müəyyənləşdirib və bu konteksdə qonşularla münasibətlər birinci yerdə dayanır. Fikir verin, İran Prezidenti səfər zamanı Bakıda qeyd etmişdir ki, ölkəsinin xarici siyasətində qonşularla münasibətlər əsas istiqamətdir. Rusiya dövlətinin xarici siyasət konsepsiyasına diqqət yetirsəniz, görərsiniz ki, orada yazılıb: "MDB məkanı Rusiyanın xarici siyasətində birinci istiqamətdir". Yəni, hər üç dövlətin xarici siyasi münsibətlərindəki davranışları tamamilə bir-birinə uyğundur və bu, bizim bir araya gəlməyimizi şərtləndirən ən mühüm amillərdən biridir. Mənim fikrimcə, bundan da vacib amil bu il fevral ayının 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri oldu. Səfər zaman həmin bu üçtərəfli Zirvə görüşünün – Azərbaycan, İran və Rusiyanın iştirakı ilə üçtərəfli formatın yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu çür təşəbbüs irəli sürmək üçün ilk növbədə siyasi iradə və əminlik lazımdır. Azərbaycan Prezidenti İran Prezidenti ilə görüşdə belə bir təklif irəli sürəndə onda bu təşəbbüşün qəbul ediləcəyi barədə əminlik var idi.
– Sizcə, bu əminlik nədən yaranmışdı?
– İlk növbədə, qarşı tərəf onun fərqindədir ki, bu təşəbbüşlə çıxış edən şəxs kimdir? O şəxsdir ki, İran İslam Respublikası beynəlxalq iqtisadi sanksiyalara məruz qalanda Azərbaycan barmaqla sadalanan dövlətlərdən biri oldu ki, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, İrana qarşı ərazisindən istifadəyə imkan vermədi. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti təkcə bu üçtərəfli Zirvə görüşünün təşəbbüskarı deyil. Buna qədər bir çox qlobal xarakterli təşəbbüslərin müəllifidir və həmin təşəbbüslərin reallaşması gözlənilən uğurlara imza atıb. Ona görə də Rusiya Prezidentinə də belə bir təşəbbüsə qoşulmağa təklif olunanda onun da reaksiyası müsbət oldu. Çünki Rusiya rəhbərliyi də yaxşı bilir ki, onun ölkəsinə qarşı bu qədər sanksiyalar tətbiq olunanda, təhdidlər göstəriləndə Azərbaycan tərəfi Rusiya ilə strateji tətəfdaşlıq münasibətlərini qoruyub saxlamışdı. Bu, çox məsuliyyətli və çətin bir işdir. Çünki hər bir prezidentin atdığı addımın arxasında nəticə etibarı ilə nə qədər təzyiqlər olur. Bizə nə qədər təzyiqlər göstərildi ki, məhz belə siyasət yeritməyin. Ancaq cənab Prezident bir daha sübut etdi ki, ulu öndərin miras qoyduğu o balanslı, çoxvektorlu, tarazlaşdırılmış siyasətə sadiqdir və onlar bu gün bizə konkret dividentlər gətirir.
– Dünyada baş verən xoşagəlməz hadisələrin regiona təsirinin qarşısının alınmasında Zirvə görüşünün əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Regionun təhlükəsizliyi baxımından üçtərəfli Zirvə görüşünə qiymət versək, deyərdim ki, bunun çox böyük əhəmiyyəti var. Söhbət o regiondan gedir ki, olduqca qəliz, mürəkkəb, siyasi kataklizmlərlə, terrorizmlə, separatizmlə zəngin olan Yaxın Şərq regionunun lap qonşuluğundayıq. Kim təminat verə bilər ki, bu gün Yaxın Şərqi caynağına almış bəlalar, müsibətlər bizim regiona tranformasiya olunmasın? Ona görə də bu gün əvvəlkindən daha çox ayıq-sayıq olmalıyıq.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə İran və Rusiya prezidentlərinin Bakı şəhərində bir araya gəlmələrini şərtləndirən ən mühüm amillərdən biri də o oldu ki, respublikamız özünü beynəlxalq təhlükəsizlik məsələlərinə böyük töhfə verən ölkə kimi tanıtdı. Eyni zamanda, İran, Rusiya və dünyanın digər ölkələrinin liderləri onun fərqindədirlər ki, Azərbaycan cəmi iki dəfə 2012-2013-cü illərin sentyabr və may aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Təsəvvür edin ki, ölkə Prezidenti 2013-cü ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən bu gün dünyamızı narahat edən çoxsaylı problemlər və təhdidlər içərisində heç birini yox, məhz beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərini ön plana çıxarmışdı və bu məsələnin dünyamız üçün olduqca vacib əhəmiyyətli olduğunu qeyd etmişdi. Ümumiyyətlə, bu iclas beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə həsr olunmuşdu.
Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verən dövlətdir. Biz İraqda, Əfqanıstanda həmin o töhfəmizi verməkdəyik. Təbii ki, bütün bunların hamısı yüksək səviyyədə qiymətləndirilir. Xüsusilə də, Rusiya Prezidenti Vladimir Putin bunu qeyd etdi ki, bu gün İŞID – beynəlxalq terror təşkilatı özünü dövlət elan edib və regionun hər bir dövləti üçün təhlükə mənbəyidir. Bu nöqteyi nəzərdən qonşu dövlətlərin-xüsusilə, İranın, Azərbaycanın və Rusiyanın təhlükəsizlik xidmətlərinin informasiya mübadiləsi sahəsində birgə fəaliyyəti bu qlobal təhdid mənbəyinə qarşı birgə koordinasiya olunmuş əməkdaşlığına həmişəkindən daha böyük ehtiyac var.
Təbii ki, ölkəmizin bu siyasəti və Prezidentimizin bu addımları qarşı tərəfdə – Rusiya və İranda müsbət dəyərləndirilmişdir. Üçtərəfli Bakı Zirvə görüşünün sonunda imzalanmış yekun sənəddə--Bəyannamədə beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində hər üç dövlətin birgə əlaqələndirilmiş məsələləri ön plana keçib. Bu məsələlərdə fikir söyləmək, mövqe bildirmək bir şeydir, amma dediyin sözlə əməlinin üst-üstə düşməsi başqa bir şeydir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dövləti, əslində, dünya miqyasında böyük dövlət olmasa da, bizim sözümüzün çəkisi və mənası böyükdür. Yəni biz bir mövqe bildiririksə, fikir söyləyiriksə, o, mütləq əməli işdə öz təsdiqini tapır və buna qiymət də verilir. Məsələn, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə görüşmək üçün Bakıya gəldi, çox mühüm məsələlər müzakirə edildi, zəruri Bəyanat qəbul edildi. Təbii ki, təyyarə ilə cəmisi 40-45 dəqiqə vaxt aparan qonşu Ermənistana gedib bu ölkənin başçısı Serj Sarkisyanla Yerevanda da görüşə bilərdi. Ancaq O, Moskvaya qayıtdı və Ermənistan prezidentini öz yanına çağırdı və dedi ki, Azərbaycan iqtisadi cəhətdən güclü, müstəqil bir dövlətdir və kimdən istəsə, lazım olduğu qədər silah ala bilər. Bu, Ermənistan rəsmilərinin "Rusiya Azərbaycana silah satır " iradına verilən tutarlı cavab oldu.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son vəziyyətə də münasibətinizi bidirməyinizi xahiş edirik. Sizcə, üçtərəfli format çərçivəsində aparılan danışıqlar münaqişənin nizamlanmasına öz təsirini göstərəcəkmi?
– Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu ilin aprel döyüşlərindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb. Bu yeni mərhələ hələ ki, ilk növbədə, özünü diplomatik səylərdə göstərməkdədir. Son danışıqlardan sonra çox inamlıyıq və ümid edirik ki, bu diplomatik səylər, xüsusilə də, münaqişənin həllində böyük potensiala malik Rusiyanın dövlət başçısının Azərbaycana səfəri, üçtərəfli format çərçivəsində aparılan danışıqlar, İran və Rusiya dövlət başçılarının münaqişənin həllinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsi ilə bağlı fikirlər səsləndirmələri çox önəmlidir. Əslində, bunlar diplomatik yanaşmalardır. Ancaq görəndə ki, Bakıda Rusiya və İran dövlətlərinin prezidentləri açıq şəkildə qeyd edirlər ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapmalıdır – beynəlxalq hüquq deyəndə, təbii ki, BMT-nin Nizamnaməsi, ATƏT-in yekun sənədləri və digər mühüm sənədlər nəzərdə tutulur-yəni, söhbət dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllindən gedir.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, bizim təkcə hərbi vətənpərvərlik ruhumuz artmayıb, biz təkcə 2 min hektar ərazini geri qaytarmamışıq, eyni zamanda, işğal altında olan ərazilərimizin tamamilə geri alınması üçün çox gözəl platforma əldə etmişik. Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb.
Qeyd etdiyim kimi, Rusiya Prezidentinin Azərbaycana səfərinin ardınca Turkiyə Prezidentinin Sankt-Peterburqa, Ermənistan prezidentinin Moskvaya səfərləri zamanı aparılan danışıqlarda da münaqişənin həlli ilə bağlı məsələnin diqqət mərkəzində saxlanılması belə bir qənaətə gəlməyə əsas verir ki, münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq.
Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri də cidd-cəhdlə çalışırlar ki, prezidentlər səviyyəsində görüş olsun. Düşünürəm ki, həmin görüşdə İran və Rusiya prezidentlərinin son bəyanatları böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, Ermənistan prezidentinin Moskvaya son səfərindən sonra da müəyyən dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Bunun üçün hazırda əlverişli şərait yaranıb. Elə bir şərait ki, bu vaxta qədər heç zaman müşahidə olunmayıb. Aprel döyüşləri Ermənistana elə bir dərs oldu ki, daha bundan sonra işğalçı dövlətin prezidenti danışıqlar naminə danışıqlara qatılmayacaq. Ona görə də fikrimcə, son hadisələr də təsdiqləyir ki, münaqişənin həllində keyfiyyətcə yeni mərhələnin əsası artıq özünü büruzə verir.
– Üçtərəfli Zirvə görüşü "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi işinin sürətləndirilməsi ilə bağlı razılığın əldə olunması ilə də yadda qaldı. Bu barədə də fikrinizi bilmək maraqlı olardı.
– Bu, mənə NATO-nun Riqa Sammitini xatırlatdı. O zaman bu qurumun təmsilçiləri belə bir fikir səsləndirmişdilər ki, bizim qənaətimizə görə, əvvəllər hansı dövlət nüvə silahına malik idisə, o, fövqəldövlətdir. Lakin indi isə düşünürük ki, bu, elə deyil. Əgər biz düşünən kimi olsaydı, Sovet İttifaqı dağılmazdı. Çünki keçmiş SSRİ iki ən böyük nüvə dövlətlərindən biri idi. NATO təmsilçiləri qeyd edirlər ki, indiki zamanda hansı dövlət böyük enerji resurslarına malikdisə, eyni zamanda, yükdaşıma yollarına nəzarət edə bilirsə, həm də təkcə enerjiyə deyil, nəqliyyat dəhlizlərinə sahiblik edirsə, həmin dövlətlər böyük dövlətlərdir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 7 min 200 kilometrlik bir dəhlizdir. Hindistandan başlayaraq, İran, Fars körfəzi ölkələri, ondan sonra Azərbaycan, Rusiya, Şimal-Qərbi Avropaya qədər gedir. Dövriyəyə buraxılan bu qədər malın hamısı gəlib Azərbaycandan keçəcək. Deməli, təkcə enerjidən, qazdan, neftdən deyil, yaxın perspektivdə biz yükdaşımalardan çox böyük gəlir əldə edə bilərik. Bütün bunlar dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin məntiqi nəticəsdir. Bu siyasət özünü Bakıda keçirilən Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşünün yekununda açıq şəkildə büruzə verdi və yeni tarixi formatın əsasını qoydu.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM