Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Palatadan verilən məlumata görə, Cəlilabad rayonu üzrə xəstəxana çarpayılarının sayı 840 çarpayı azaldılaraq 365 çarpayı təsdiq edilib, strukturunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 28 Kənd Həkim Məntəqəsi və 40 Kənd Tibb Məntəqəsi, ştat vahidlərinin ümumi sayı 1858,0 vahid təsdiq edilməklə rayon üzrə 209,3 min nəfərə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi illərdə ümumilikdə 14150,0 min manat məbləğində vəsait icra edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılar ilə təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib. Bununla belə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2013-cü ildə 18,2%-i və ya 307,0 vahidi, 2014-cü ildə 19,4%-i və ya 328,0 vahidi, 2015-ci ildə isə 20,3%-i və ya 344,0 vahidi vakant ştatlar təşkil etməklə 3 il ərzində vakant ştatların sayı 37 vahid artıb. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2013-cü ildə 4653 nəfər, 2014-cü ildə 5521 nəfər, 2015-ci ildə 4842 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı bu göstəricilərə uyğun olmayaraq azalıb, müvafiq olaraq 214 gün, 208 gün və 184 gün olub, nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri də azalaraq auditin əhatə etdiyi illər üzrə müvafiq olaraq 63,8%, 62,0% və 55,0% təşkil edib.
Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı bəzi hallarda təyinat dəyişikliyinə yol verilib.
Bir neçə halda zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən xəstəxana tərəfindən səmərəsiz xərcə yola verilib. Nazirlər Kabinetinin “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1,0 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş çarpayı günlərinə görə bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I-ci rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Auditlə əhatə olunan dövrdə bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər illər və tibb müəssisələri üzrə fərqli olub, bununla yanaşı xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib.
Ehtimal olunan qiymətin satınalınacaq mallara ayrı-ayrılıqda deyil, cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub və nəticədə artıq vəsait ödənilib, bununla yanaşı, bəzi hallarda nəzərdə tutulan vəsaiti ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsinə yol verilib. Təmir tikinti işlərinin yoxlanılması zamanı ümumilikdə beş obyekt üzrə bəzi işlərin tam yerinə yetirilməməsi müəyyən edilib.
Xəstəxana tərəfindən elektrik sayğacının sərfiyyat göstəricisinin nəzərə alınmaması nəticəsində istehlak olunmamış elektrik enerjisinə görə vəsait ödənilib, əsas fondlara və qeyri-maddi aktivlərə köhnəlmə ayrı-ayrılıqda hesablanmayıb. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına ödənilmiş vəsait düzgün olmayaraq faktiki xərclərə daxil edilib, azqiymətli tezköhnələn avadanlıqlar və material ehtiyatları aid olduğu hesablarda deyil, əsas fondlar hesabında uçota alınıb, eləcə də həmin əməliyyatları özündə əks etdirən ilkin uçot sənədlərində toplanmış məlumatların icmallaşdırılması və mühasibat registrlərinə köçürülməsi müvafiq tələblərə uyğun aparılmayıb.
Hesablama Palatasının Kollegiyası xəstəxana tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə məlumat verilib. //Trend
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM