Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildiriblər.
Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri E.Yaqubov, Z. Mirhəsənov, Y.Ağayev və C.Qeysov tutulublar.
Hadisə ilə bağlı araşdırma aparılır.