Strategiya.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ötən il Azərbaycanda vərəm xəstələrinin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, 2014-cü ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəm xəstələrinin sayı 4 min 384 nəfər təşkil edib. Onlardan 3 min 164 nəfəri kişi, 1220 nəfəri isə qadındır. Yaşı 13-ə qədər olan uşaqlarda da bu xəstəliyə rast gəlinib. Həmin xəstələrin ümumi sayı 144 nəfərdir. Onların 86-sı oğlan, 58-i isə qızdır. Xəstəlik daşıyıcılarından 65 və yuxarı yaşda olanlar cəmi 211 nəfərdir ki, onlardan 132-si kişi, 79-u isə qadındır. Bu da onun göstərir ki, ölkəmizdə vərəmə yoluxanlar arasında kişilər sayca üstünlük təşkil edirlər.
Rəsmi nəşrdə o da bildirilir ki, ötən il 9 min 695 vərəm xəstəsi müalicə-profilaktika müəssisələrində qeydiyyata alınıb. 2014-cü ildə isə bu rəqəm 9 min 757 nəfər təşkil edib.