Azərbaycan Prezidentinin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında mühüm istiqamətlərdən biri də vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi ilə bağlıdır.
Vergilər Nazirliyindən Strategiya.az-a bildiriblər ki, bu bənd vergi dərəcələrinin optimallaşdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edir. Nazirlikdən qeyd olunub ki, vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyinə, həm də vergi ödəyicilərinin vergitutma sahəsində öhdəliklərinin keyfiyyətlə yerinə yetirilməsinə təsir göstərən əsas amillərdəndir. Nazirlikdən bildirilib ki, Azərbaycanın vergi siyasətində vergi inzibatçılığının təkmilləşdirilməsi mühüm yer tutur.
“Məlum olduğu kimi, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən ötən dövr ərzində hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə endirilib. Bu dəyişiklik 1 yanvar 2010-cu ildən tətbiq edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin illik gəlirlərindən tutulan gəlir vergisinin dərəcəsi isə 1 yanvar 2010-cu il tarixdən 20 faiz həddində müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mənfəətinə (gəlirinə) tətbiq olunan verginin dərəcəsi eyniləşdirilib. Əlavə dəyər vergisinin dərəcəsi Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 18 faiz dərəcə ilə müəyyənləşdirilib”, - deyə məlumatda vurğulanıb.
Vergilər Nazirliyindən əlavə ediblər ki, hazırda Azərbaycanda vergi yükü göstəricisi əksər dövlətlərdən aşağıdır: “Lakin aparılan iqtisadi islahatlar fonunda qeyri-neft sektorunda investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə vəsaitlərinə qənaət etməklə istehsalın genişləndirilməsi və məşğulluğun təmin edilməsi məqsədilə, vergi yükünün yenidən qiymətləndirilməsini zəruri edir”.
Ekspertlərin fikrincə, bu proses bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin sadələşdirilməsi və elektron audit sisteminin geniş tətbiqi formasında öz əksini tapa bilər.
Nazirlikdən bildirilib ki, sərəncamda diqqət çəkən məsələlərdən biri də sabit verginin tətbiqidir: “Sabit vergi, fiziki şəxslərin əldə etdiyi gəlirlərinin həcmindən asılı olmayaraq, aylıq vahid məbləğdə müəyyən edilən vergidir. Sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə münasibətdə sabit vergi sistemi nəzərdə tutulur. Həmin şəxslər Vergi Məcəlləsinin 220-ci və 221-ci maddələri ilə müəyyən edilmiş sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımilllik və ya il üçün “Fərqlənmə nişanı” alırlar. Mövcud qanunvericiliyə görə, fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir. Fərdi sahibkarlıqla məşğul olduqlarına görə, bu şəxslər əldə etdikləri gəlirdən, seçdikləri vergitutma metodundan asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bunun üçün onlar ilk növbədə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklər edilməsi istiqamətində təkliflər son zamanlar geniş müzakirə mövzusu idi. Sərəncamda bu məsələ öz həllini tapıb”.
Vergilər Nazirliyindən bildiriblər ki, yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsi, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsi məqsədini daşıyır: “Bu məqsədlə Vergi Məcəlləsində təklif edilən dəyişiklikdə həmin kateqoriyaya aid olan fiziki şəxslərin siyahısının və aylıq sabit vergi məbləğlərinin müəyyən edilməsi nəzərə tutulur”.
Nazirlikdə vurğulayıblar ki, sərəncamdan irəli gələn məsələlərin həlli vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılmasına, real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsinə və inzibatçılığın daha da təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM