Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.
Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyev yaşadığı evdə özünü asıb.
Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.