Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qaladığı tonqalın alışmadığını görən qadın həyətdə butulkada olan mayeni kerosin bilərək onun üzərinə tökmək qərarına gəlib. Amma butulkada olan maye avtomobil benzini olduğundan, qəfil yanğın baş verib.
Nəticədə, Sənəm Əhədova 3-cü dərəcəli yanıq diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Amma vəziyyəti ağır olduğu üçün bir müddət qaldıqdan sonra buradan Bakı şəhərindəki 5 saylı xəstəxananın nəznindəki Bakı Yanıq Mərkəzinə aparılıb.
Strategiya.az