Polis əməkdaşları Lənkəran şəhər sakini, 43 yaşlı Samil Muradxan oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 90 ZB 670 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirərkən onun saxlanc yerindən selofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində ümumilikdə 150 qram narkotik vasitə olan marixuana aşkar edərək götürüblər.
Rayonun Kərgəlan kənd sakini, 31 yaşlı Siyavuş Zakir oğlu Abbasovun yaşadığı evə baxış keçirilərkən oradan daha 1 kq 260 qram. marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalardan məlum olub ki, aşkar edilən və ümumi çəkisi 1kq 400 qramdan çox olan marixuananı S.Abbasov əvvəlcədən əlbir olaraq Ş.Əliyevin yaşadığı Kərgəlan kəndindəki həyətyanı torpaq sahəsində əkib-becəriblər. (APA)