Strategiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şabran rayonu, Çölquşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 m2 olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları 190 m2 sahədə yanıb.
Evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.