Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və tikilinin yaxınlığında 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqda sahibi məlum olmayan iki mərtəbəli evin plastik pəncərə çərçivələri əriyib. Yanğından yaxınlıqdakı tikililər və qonşu evlər mühafizə olunub.