Xeyirxahlıq rəmzi

13:54 / 26.08.2016

Rusiya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetinin 23 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalə dərc olunub. Strategiya.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

X X X

Məşhur adamlar haqqında yazmaq çətindir. Öz ölkəsinin hüdudlarından uzaqlarda da məşhur olan insan barədə təzə nə demək olar? Axı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı həqiqətən bütün dünyada tanıyırlar. Hər halda çox məşhur və eyni zamanda, bizə tanış olmayan bu qadının portretinə bəzi ştrixlər əlavə etməyə çalışacağıq.

Açıq ürəklə

Hər bir ensiklopediyada oxumaq olar ki, Mehriban Əliyeva – azərbaycanlı ictimai və siyasi xadim, Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə işçi qrupun rəhbəri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Bəs bu statuslar siyahısının arxasında nə dayanır? Müasir, məlahətli, qeyri-adi dərəcədə gözəl qadını xeyriyyəçiliklə və ictimai fəaliyyətlə məşğul olmağa məcbur edən nədir? Təkcə həyat yoldaşının – Azərbaycan Prezidenti İlham Əliyevin vəzifəsinə “uyğun olmaq” istəyimi? Onun xarici görkəmi ilə bütün bu işlərdə iştirak etmədən də buna uyğun olmaq mümkün idi. Lakin mənə belə gəlir ki, hər bir insanın məqsədlərinin müəyyən yuxarı həddi, müəyyən həyat oriyentiri var. İnsan öz həyatını ona müvafiq qurur. Əgər birisi mənzil-maşın-əməkhaqqı şəklində firavanlıqla kifayətlənirsə, digəri üçün çox vacibdir ki, onun ətrafında xoşbəxt insanların sayı mümkün qədər çox olsun. Mehriban xanım məhz bu cür xadimlərdəndir. O, məhz bunu istəyir. Buna görə də mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya sahələrində çoxsaylı humanitar layihələrdə iştirak etməklə çox böyük sayda insana kömək edir. Bunu açıq ürəklə, təmiz qəlblə edir – bunu yalnız xeyirxah insanlar edə bilər. Yeri gəlmişkən, bu gözəl qadının adının mənası da “xeyirxahlıq, şəfqət, səmimiyyət, açıqlıq” deməkdir. 

Şəfqət prinsipləri əsasında

Mehriban xanım ixtisasca həkimdir, vaxtilə məşhur Seçenov İnstitutunu fərqlənmə diplom ilə bitirib. İllər keçəndən sonra ona Seçenov adına birinci Moskva Tibb Universitetinin fəxri professoru adı verilib və Mehriban Əliyeva bu münasibətlə keçirilən təntənəli mərasimdəki çıxışında həkimlik peşəsi barədə çox qiymətli sözlər söyləyərək deyib: “Bu, ürək və qəlb peşəsidir. Bu, başqasının halına yanmaq və şəfqət elmidir. Bu, başqasının iztirablarına şərik olmaq bacarığı, köməyə ehtiyacı olan insana yardım əli uzatmaq bacarığı, altruizmdir”. 

O, özünün hər bir fəaliyyətində, o cümlədən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində də məhz bu prinsiplərə əsaslanmağa çalışır. Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun işinin ilk günlərindən onun fəaliyyətinin prioritet istiqamətləri müəyyən edilib: təhsil, səhiyyə, gənc nəslə kömək, ətraf mühitin qorunması, Azərbaycanın zəngin mədəni irsinin təbliği, mədəniyyətlərarası əməkdaşlıq sahəsində layihələr. Fondun dəstəyi ilə Azərbaycanın ucqar bölgələrində 200 müasir məktəb tikilib, səhiyyə sahəsində layihələr, o cümlədən ürək-damar xəstəliklərindən əziyyət çəkən, dayaq-hərəkət aparatında problemləri olan uşaqlara kömək layihələri həyata keçirilib, musiqi festivalları və idman bayramları təşkil edilir, istedadlı gənclər fəal dəstəklənir. Bütün bunlar Fondun ölkə daxilindəki fəaliyyətinin az bir hissəsidir. Lakin Heydər Əliyev Fondu xarici ölkələrdə - Pakistanda, Rumıniyada, İtaliyada, Fransada, Haitidə də layihələr həyata keçirir. Heydər Əliyev Fondunu Rusiya, xüsusən Həştərxan vilayəti ilə sıx münasibətlər bağlayır. 

Məhəbbət və minnətdarlıqla

Heydər Əliyev Fondunun dəstəyi ilə regionumuzda nə işlər görüldüyünü biz həştərxanlılar yaxşı bilirik. İki dövlət arasında dostluq münasibətləri kontekstinə Priovoljye körfəzi sahil küçəsi, Heydər Əliyev adına park, yeni Dostluq körpüsü, uşaqlar üçün oyun şəhərciyi – Həştərxan uşaqlarının sevimli istirahət yeridir. Eyni adlı məbədin yaxınlığında abadlaşdırılmış meydanda mələksima Knyaz Vladimirin abidəsi, əsaslı təmir edilmiş 11 nömrəli orta ümumtəhsil məktəbi, bu yaxınlarda ilk sakinlərini qəbul etmiş yeni gözəl uşaq bağçası, Nərimanov şəhərindəki park... Fondun bizim regionda həyata keçirdiyi və həyata keçirtməkdə davam etdiyi bütün bu dəyişikliklərin ilham mənbəyi Heydər Əliyevi həmişə məşhurlaşdıran xeyirxah işləri ləyaqətlə davam etdirən Mehriban Əliyevadır. Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin şagirdləri və müəllimləri artıq neçə ildir ki, yay və qış tətillərini Bakıda keçirir, ən yaxşı şagirdlər Fonddan təqaüd alırlar. 

Kişilər məni bağışlasın, amma dostluq münasibətlərinin bu cür davamını yalnız qadın təklif edə bilərdi. Mehriban xanım həmişə müxtəlif bölgələrdə uşaqların necə yaşamasını, onların nəyə ehtiyacı olmasına, bir qadın və ana kimi onun fikrincə bu uşaqları nə ilə sevindirmək olacağına fikir verir. 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirova deyir: “Bakıda keçirilən tətillər elə bir bayramdır ki, bizim uşaqlar onu bəlkə də ömürlük yadda saxlayacaqlar. Bu bayramı yalnız səxavətli və xeyirxah ürəkli insan hədiyyə edə bilər. Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məhz belə insandır. Bizim məktəbə göstərdiyi daimi diqqətinə görə sağ olsun”.

Ağac budaqları 

Məsəl var: “Dostunun kim olduğunu mənə de, mən sənin kim olduğunu deyim”. Eyni qayda ilə birisinin uşaqlarını tanıyanda həmin adamın özü barəsində mühakimə yürütmək olar. Əliyevlər cütlüyünün üç övladı və artıq dörd nəvələri var. Bütün uşaqlar yaxşı tərbiyə və təhsil alıblar. Lakin həştərxanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı şəxsən tanıyırlar. Mehriban xanımın böyük qızı bir neçə dəfə Həştərxana gəlib və onun səfərləri həmişə regionun həyatında və iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisələrlə əlamətdar olub. Həştərxanlılar Leylanı əslində öz həmyerliləri hesab edirlər. Gözəl Leyla Fondun işində anasının əsas köməkçisidir. Əgər Mehriban xanım bizim regionda Fondun fəaliyyətinə nəzarət etməyi qızına həvalə edirsə, deməli, ona tam etibar edir. Etimad isə yalnız yaxın insanlara, sənin fəaliyyət xəttini qəbul edən, sənin hərəkətlərini bəyənən, birgə məqsəd və vəzifələri anlayan insanlara göstərilə bilər. Mehriban xanım ləyaqətli qız tərbiyə edib, ona gözəllik və ağıl ilə bərabər, həm də laqeydlikdən uzaq ürək bəxş edib. Əliyevlərin üç övladı onları tanıyanların hamısına xeyirxahlıq və sevgi bəhrəsi verən bir ağacın budaqları kimidir. Mehriban xanımın analıq sevgisi əsas işini görüb: o, öz uşaqlarına insanları sevməyi və bu sevgini bölüşməyi öyrədib, çünki bu hiss olmasa xeyirxah işlər görmək mümkün deyil.

Əsas mükafat 

Mehriban Əliyevanın “sandığında” nüfuzlu mükafatlar az deyil. 2005-ci ildə o, “İlin qadını” adına layiq görülüb. Mehriban Əliyeva “Şərəf Legionu” ordeni ilə təltif edilib. O, dünyada “Yaqut Xaç” ordeni ilə mükafatlandırılmış ilk qadındır. Azərbaycan Prezidentinin xanımı bu mükafatı “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun alıb. Lakin Mehriban Əliyevanın özünün dediyi kimi o, həyata keçirdiyi geniş xeyriyyəçilik fəaliyyətinə görə ona təqdim edilmiş “Qızıl ürək” Rusiya mükafatını bütün başqa mükafatlardan artıq qiymətləndirir. Ona “Birlik ulduzları” nominasiyasında dövlətlərarası mükafat da verilib. Bu təltifə əlavə edilən pul mükafatını Mehriban xanım doğma Seçenov İnstitutunun elmi bazasının inkişafına yönəldib.

Onun çoxsaylı təltifləri arasında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni də var. Azərbaycanın birinci xanımına bu ordeni 2014-cü ilin oktyabr ayında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təqdim edərək vurğulayıb ki, regionun Fond ilə əməkdaşlığı gözəl mehriban qonşuluq münasibətləri nümunəsidir. Bu nümunə sübut edir ki, müxtəlif millətlərdən olan insanlar, müxtəlif ölkələrin nümayəndələri bir dildə - sülh və dostluq dilində danışa bilərlər.

Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir – onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığına görə.

Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Adətən qadınlar öz yaşlarını gizlədir. Biz də bu ənənəni pozmayacağıq, hərçənd hansı tarixi desək, ona inanmaq çətindir. Mehriban xanım çox gənc görünür, o, qeyri-adi dərəcədə gözəldir (bəlkə də gəncliyində olduğundan da gözəldir), onun gözlərindən nur yağır. Gözlərin nurlu olması isə xoşbəxtliyin ən dəqiq əlamətidir. Qoy bu xoşbəxtlik uzun müddət davam etsin! Doğum gününüz mübarək, Mehriban xanım!

Marina Parenskaya


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM