Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondudur.
Layihənin müəllifi və baş koordinatoru AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərovdur.
Konfrans AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzində keçiriləcək.