Nazirlikdən Strategiya.az-a verilən məlumata görə, hər bir belə müraciət diqqətlə, obyektiv şəkildə araşdırılıb və Xidmətin qanunvericiliyə uyğun şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində cari ildə işəgötürənlər tərəfindən 776 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 95%-ni gecikdirilmiş əmək haqları təşkil edib. Həmçinin, 3%-i gecikdirilmiş sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı Əmək Məcəlləsindən irəli gələn tələblər barədə işəgötürənlərə hüquqi izahatlar veriblər.
Ayrı-ayrı vətəndaşların qeyri-qanuni şəkildə işdən azad edilmələrinə dair müraciətləri də Xidmət tərəfindən araşdırılıb. Nəticədə 20 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib.