"Milliyet" yazır ki, bu açıqlamanı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Baş Qərargah bildirib ki, əməliyyat 51-ci maddədə nəzərdə tutlan özünümüdafiə haqqı çərçivəsində keçirilir: "Əməliyyat BMT-nin İŞİD-ə qarşı mübarizə haqqında qəbul etdiyi qərarlar çərçivəsində davam edir. Suiyanın şimalından ölkəmizin sərhədində təhlüksizliklə bağlı risqlər mövcuddur. Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizədə koalisiya qüvvələrinə dəstək verir. Bölgədə yaşayan mülki əhaliyə ziyan dəyməməsi üçün bütün tədbirlər görülür".
Qeyd edək ki, ötən gün BMT Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və Türkiyənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə başlanılan "Fərat qalxanı" əməliyyatının qanunsuz olduğu barədə bəyanat yayıb.//virtualaz