Şəhər sakini, 1991-ci il təvəllüdlü İbrahim Əliyev kürək, belin və bazunun kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən gəncin vəziyyəti normal qiymətləndirilir.
İ.Əliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)