Strategiya.az bildirir ki, APA-nın “Millyet”ə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl şübhəli qismində saxlanılan Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, ölkənin UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Türkiyənin Kosta-Rikadakı sabiq səfiri Əli Fındıka qarşı həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaşın xaric edildiyini bildirib.