"Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"

09:27 / 27.08.2016

Avqustun 6-dan 21-nədək davam edən Rio-2016 31-ci Yay Olimpiya Oyunlarında komandamız tarix yazaraq rekord sayda -18 medalla  39-cu pillədə qərarlaşdı. Əlbəttə, bu uğurun qazanılmasında sərbəst güləş üzrə yığma komandamızın üzvlərinin də böyük payı oldu. 

Güləşçilərimiz ümumilikdə beş medalla(2 bürünc, 3 gümüş) komanda hesabında birinci olmağı bacardılar. Öz çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vuran güləşçilərimizdən biri də 66 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev idi. Qazanılan uğurlar və bizi maraqlandıran bəzi suallarla bağlı idmançımızla görüşüb, onun fikirlərini öyrəndik.

- Hacı, əvvəla səni qazandığın nailiyyət münasibəti ilə təbrik edirik. Rio-2016-ya necə hazırlaşırdın?

- Çox sağ olun. Uzun müddətdir ki, heç birimiz ev üzü görmürdük, müxtəlif ölkələrdə təlim-məşq toplanışları keçir,  böyük səylə Olimpiya Oyunlarına hazırlaşırdıq. Şükürlər olsun ki, çəkilən əziyyətlər öz bəhrəsini verdi. Əlbəttə, nailiyyətlərin qazanılmasında məşqçilərimizin zəhmətləri də danılmazdır. 

Yarışa yollanmamışdan əvvəl özündən hansı nəticəni gözləyirdin?

- Sözsüz ki, çempion olmağı istəyirdim və bunun  uğrunda çalışırdım. Amma bürünc medal da pis nəticə deyil. Fikrimcə, olimpiadanın hər bir medalı çox böyük nailiyyətdir. İndiyədək iki dəfə dünya çempionu olmuşam. Olimpiada üçüncüsü olmağımı da həmin nəticələrə bərabər tuturam.

- İstənilən yarışda psixoloji baryeri keçmək ən mühüm amildir. Bu, sənin üçün çətin olmadı ki?

- Fikrinizlə tam razıyam. Psixoloji hazırlıq qələbənin yarısı deməkdir. İndiyədək bir çox nüfuzlu yarışlarda iştirak etmişəm. Amma olimpiada həyəcanı tamam başqa cürdür. Ona görə bu dəfə psixoloji cəhətdən özümü hazırlayır, qələbəyə inanırdım. Mütəmadi olaraq özümə xatırladırdım ki, Riodakı heç bir rəqib məndən güclü deyil.

- Yarımfinala kimi çox inamla irəliləyirdin. Son görüşündən qalib ayrıla bilməmənə səbəb nə oldu?

- Əsas səbəb çəkimi aşağı salmağım  oldu. Olimpiadaya yaxın üç kiloqrama yaxın çəki  salmışdım ki, bu da mənə mane olan amillərdən biri idi. Eyni zamanda deyə bilərəm ki, yarımfinalda şans da üzümə gülmədi. 

- Belə yarışlarda bəzi hallarda idmançılar hakim haqsızlığı ilə üzləşdiklərini söyləyirlər. Sən belə neqativ hallarla rastlaşmadın ki?

- Yarımfinalda, gürcü rəqibimlə görüşdə, bəlkə də, hakimlərin yanlış qərarları mənə finala getməyə mane oldu. Amma bunu elə də böyütmək lazım deyil. Komanda yoldaşlarımın da görüşlərin də ədalət qoruyucularının haqsızlıqları oldu. Ümumiyyətlə, bu Olimpiya Oyunlarında səhv qərarlar çox oldu. 

- Bildiyin kimi, sərbəst güləş üzrə yığma komandamız komanda hesabında birinci yerə çıxdı. Sən bu nailiyyəti necə qiymətləndirirsən?

- Bu, çox böyük nailiyyətdir. Təkcə mənim, idmançılarımızın yox, bütün komandamızın uğurudur. Çox sevindiricidir ki, biz belə bir tarixi müvəffəqiyyətə imza atdıq.

- Komanda yoldaşlarının da çıxışlarından razı qaldınmı? Onlardan hansı nəticələri gözləyirdin?
 
- Əlbəttə, çox razı qaldım. Biz birlikdə komanda hesabında birinci olmağa müvəffəq olduq. Bu nəticə bizim hər birimizin uğurlu nəticə qazanmasından xəbər verir. Gümüş mükafatçılarımız Toğrul və Xetaq çempion ola bilərdilər. Amma deməli, qismət belə imiş. Üç bürünc, iki gümüş medal qazandıq. Bütün mükafatçı güləşçilərimizi təbrik edirəm. Onların hər biri çox böyük nəticələrlə çıxışlarını başa vurdular. 

- Ölkəmiz ümumilikdə 18 medalla 39-cu yerdə qərarlaşdı. Bu böyük uğurdur...

- Dörd il əvvəl Londonda keçirilən Olimpiya Oyunlarında 10 medal qazanmışdıq. Bu dəfə düz 8 medal çox əldə etmişik. Bu, zarafat deyil, çox böyük nailiyyətdir. Cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu uğur hamımızın qələbəsidir. Qazandığımız nailiyyət münasibəti ilə bütün xalqımızı təbrik edirəm. 

- Rio-2016-dakı nəticən yəqin ki, indiyə kimi qazandığın ən böyük uğur idi. Bürünc mükafatçı olduğunu bildiyin an hansı hissləri keçirdin?

- İkı dəfə dünya çempionu olmuşam. Amma bəlkə də, Olimpiya üçüncüsü olmaq mənim üçün daha böyük uğurdur. Hələ uşaqlıqdan, güləşlə məşğul olduğum ilk  vaxtlardan Avropa, dünya və Olimpiya mükafatçısı olmağı arzulayırdım. Şükürlər olsun ki, hədəflərimə çatmışam, əziyyətlərim yerdə qalmayıb. Buna görə özümü çox şanslı hesab edirəm. Rioda bürünc mükafatçısı olduğum bildiyim an çox sevinmişdim. Yəqin ki, çempion olsaydım sevincim yerə-göyə sığmazdı(gülür). İnanıram ki, nə vaxtsa o hissi də keçirəcəm.

- Son olaraq qarşıdakı planlar haqda məlumat verərdin.

- Qarşıdan 61 və 70 kq çəki dərəcələrində mübarizə aparan güləşçilərin dünya çempionatı gəlir. Amma mən çəki saldığıma görə bu yarışda iştirak etməyəcəm. Çünki istirahətə ehtiyacım var. Olimpiadanın yorğunluğu çıxandan sonra bütün diqqətimi 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına yönəldəcəm. İslam Oyunlarında  bizi çox çətin sınaq gözləyir. Buna baxmayaraq inanıram ki, həmin yarışda xalqımızı sevindirməyi bacaracam. \qol.az\



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM