Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns” (Almaniya) klubları ilə mübarizə aparacaq.
Strategiya.az "Qəbələ"nin saytına istinadən təmsilçimizin rəqbiləri haqqında ətraflı məlumatları təqdim edir.
“Anderlext” (Belçika)
Brüssel klubu cari mövsüm avrokuboklara UEFA Çempionlar Liqasında başlayıb. Buna komandanın ölkə çempionatının ötən mövsümünü 2-ci pillədə başa vurması səbəb olub. Çempiondan 7 xal geri qalan paytaxt futbolçuları qitənin ən nüfuzlu klub turnirinə III təsnifat mərhələsindən start verib. Burada Rusiya “Rostov”u ilə görüşən belçikalılar evdəki məğlubiyyətlə turnirlə vidalaşıb – 2:2, 0:2. UEFA Avropa Liqasının pley-offunda oynamalı olan komanda Çexiya “Sparta”sını hər iki qarşılaşmada böyük hesabla məğlub edib – 3:0, 3:0. İsveçrəli Rene Veylerin yetirmələri Belçika çempionatına da uğurlu başlayıb. İlk 4 turda yenilməyən komanda 8 xalla 2-ci pillədə qərarlaşıb.
Son illər böyük uğuru olmayan “Anderlext” Belçikanın ən titullu klubudur. 1908-ci ildə yaradılan komanda 108 illik tarixində hamıdan çox – 33 dəfə (1946–1947, 1948–1949, 1949–1950, 1950–1951, 1953–1954, 1954–1955, 1955–1956, 1958–1959, 1961–1962, 1963–1964, 1964–1965, 1965–1966, 1966–1967, 1967–1968, 1971–1972, 1973–1974, 1980–1981, 1984–1985, 1985–1986, 1986–1987, 1990–1991, 1992–1993, 1993–1994, 1994–1995, 1999–2000, 2000–2001, 2003–2004, 2005–2006, 2006–2007, 2009–2010, 2011–2012, 2012–2013, 2013–2014) ölkə çempionu olub. 9 dəfə (1964–1965, 1971–1972, 1972–1973, 1974–1975, 1975–1976, 1987–1988, 1988–1989, 1993–1994, 2007–2008) Belçika kuboku, 12 dəfə (1985, 1987, 1993, 1995, 2000, 2001, 2006, 2007, 2010, 2012, 2013, 2014) Superkubokunu qazanan komanda ev oyunlarını 28 min 63 tamaşaçı (avrokuboklar zamanı 21 min 845) tutumuna malik “Konstant van den Stok” stadionunda keçirir. Bu arenaya və ağ-bənövşəyi rənglərə hələ ötən əsrin əvvəllərində yiyələnən “Anderlext” uğurları kifayət qədər gözləməli olub. 1921-ci ildə yüksək liqada debüt edən komanda uzun müddət divizionlar arasında var-gəl edib. 1947-ci ildə ilk çempionluğunu bayram edən brüssellilər artıq 70 ilə yaxındı ölkə futbolunun aparıcı klublarındandır. 1963-1968-ci illərdə ardıcıl 5 çempionluq qazanmaqla milli rekorda imza atan komanda daim mükafatlar uğrunda mübarizə aparması ilə seçilir. Düzdür, son iki mövsümdə komanda çempion ola bilmir. Lakin bunadək ardıcıl qazanılan 3 qızıl medal “Anderlext”in nəyə qadir olmasını göstərir. Belçika futbolunun lideri Avropada da ölkəsini layiqincə təmsil edir. Qitə miqyasında qazanılan 5 titul da bundan xəbər verir. 1975-1976 və 1977-1978 mövsümlərində Kuboklar Kubokunu başı üzərinə qaldıran “Anderlext” hər iki cəhddə UEFA Superkubokuna da sahib çıxıb. 1983-cü ildə qazanılan UEFA kuboku isə komandanın Avropadakı son uğurudur. 1977 və 1990-cı ildə Kuboklar Kuboku, 1970-ci ildə Yarmarkalar kuboku, 1984-cü ildə UEFA kubokunda finala çıxan belçikalılar 32 ildir belə uğura həsrətdir.
Avrokuboklarda zəngin təcrübəyə malik komanda 379 matç keçirib. Bu müddətdə 2 dəfə yolları Azərbaycan klubları ilə kəsişən “Anderlext” 2005-2006 mövsümündə “Neftçi” (5:0, 0:1), 2015-2016 mövsümündə “Qarabağ”la (0:1, 2:1) qarşılaşıb.
“Sent-Etyen” (Fransa)
2015-2016 mövsümündə Fransa çempionatını 6-cı yerdə başa vuran “Sent-Etyen” UEFA Avropa Liqasına III təsnifat mərhələsindən başlayıb. Əvvəl Yunanıstan AEK-i, ardınca İsrail “Beytar”ını mübarizədən kənarlaşdıran fransalılar hər iki rəqibini səfərdə məğlub edib. Evdə qolsuz heç-heçələrlə kifayətlənən Kristof Qaltiyenin yetirmələri səfərdə ilk rəqibini 1:0, pley-offda isə 2:1 hesablı qələbə qazanıb. Fransa çempionatının yeni mövsümündə iki oyunda 3 xal toplayan komanda orta sıralarda qərarlaşıb.
1919-cu ildə əsası qoyulan komanda “yaşıllar” kimi də tanınır. 35 min 616 tamaşaçı tutan “Joffrua Qişar” stadionuna ev sahibi kimi çıxan Sent-Etyenin eyniadlı təmsilçisi ən çox Fransa çempionu olan komandadır. 10 dəfə (1956–1957, 1963–1964, 1966–1967, 1967–1968, 1968–1969, 1969–1970, 1973–1974, 1974–1975, 1975–1976, 1980–1981) bu titula yiyələnən klub 6 dəfə (1961–1962, 1967–1968, 1969–1970, 1973–1974, 1974–1975, 1976–1977) kubokun sahibi olub. 1938-ci ilədək aşağı liqalarda çıxış edən sent-etyenlilər məhz 78 il əvvəl yüksək divizionda debüt edib. 1946-cı ildə ilk ciddi uğuruna – gümüş medala sevinən “yaşıllar” 11 ildən sonra ilk çempionluğunu bayram edib və Çempionlar Kubokunda debüt şansı qazanıb. Ardınca uğursuzluqlar zolağına düşən komanda aşağı dəstəyə də yuvarlanıb. 1962-1963 mövsümündə aşağı dəstədən geri dönən “Sent-Etyen” Fransa futbolunun liderinə çevrilib və 19 il ön sıralarda olub. Bu, əfsanəvi Mişel Platininin “Yuventus”a transferinə qədər davam edib. Son çempionluq da məhz ulduzun oynadığı illərdə - 1980-1981 mövsümündə qazanılıb. Son 35 ildə isə sent-etyenlilər böyük uğurun intizarındadır. 1975-1976 mövsümündə isə avrokuboklarda ən böyük uğur əldə olunub. Komanda finaladək irəliləyib. 1982-ci ildə və 2000-ci ildə yaşanan böyük qalmaqallar klubun tarixinə ləkə vurmaqla yanaşı, nəticələrinə də təsir edib. “Sent-Etyen” yalnız 2004-cü ildən ənənələrinin bərpası üçün yenidən iddialılar sırasına qoşulub. Enişli-yoxuşlu tarixi ərzində avrokuboklarda dəfələrlə çıxış edən, hesabında 111 matç olan Fransa təmsilçisi 2 il öncə ölkəmizə də gəlib. UEFA Avropa Liqasının qrupunda “Qarabağ”a rəqib olan klub 2 xalla kifayətlənib – 0:0, 1:1.
“Mayns” (Almaniya)
Almaniya təmsilçisi UEFA Avropa Liqasının cari mövsümünə birbaşa qrup mərhələsindən start verəcək. Buna komandanın ötən mövsüm Bundesliqanı 6-cı pillədə başa vurması səbəb olub. Həmin nəticə kluba tarixində 4-cü dəfə avrokuboklara vəsiqə qazandırıb. 1905-ci ildə Mayns şəhərində yaradılan eyniadlı komanda ilk uğurunu 100 ilə yaxın gözləyib. Təxminən bir əsr regional, həvəskar yarışlarında çıxış edən, ən yaxşı halda II Bundesliqada mübarizə aparan komanda 34 min 34 tamaşaçı tutumuna malik “Opel Arena” kimi stadiona da malikdir. Amma “Mayns” Bundesliqaya yalnız 99 yaşında – 2004-cü ildə yüksəlib. Bunadək 3 dəfə - 1997, 2002 və 2003-cü illərdə belə uğurun bir addımlığında olan maynslılar son anda büdrəyiblər. Yüzillik yubiley öncəsi nailiyyət isə sonradan xeyli məşhurlaşacaq Yurgen Kloppun adı ilə bağlıdır. Məhz bu baş məşqçi, vaxtilə futbolçusu olduğu komandanı yüksək liqaya daşıyıb. Ardıcıl 2 mövsüm 11-ci olan və avrokuboklarda da debüt şansı qazanan “karnavalçılar” 3-cü ilində aşağı dəstəyə yuvarlanıblar. 2009-cu ildə güclülər sırasına qayıdan komanda 2010-2011 mövsümündə tarixinin rekorduna imza ataraq, 5-ci olub. Almaniya klubunun qitə kuboklarındakı çıxışı da uğurlu olması ilə seçilməyib. 2005-ci ildə UEFA kubokunda 2 təsnifat mərhələsi adlayan Bundesliqa klubu əsas raundda “Sevilya” önündə aciz qalıb. 2011 və 2014-cü illərdə Avropa Liqasına III təsnifat mərhələsindən başlayan “Mayns” hər iki halda elə ilk turda mübarizəni dayandırıb. İndiyədək 10 avrokubok matçı keçirən 111 yaşlı klub 4-cü cəhdini baş məşqçi Martin Şmidtlə gerçəkləşdirəcək.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM