Daxili Işlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dünən Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib. Araşdırma aparılır.