Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, şikayətçilərin iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb. Araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkarlanıb. Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Lakin araşdırma zamanı meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb. Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb: “Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlər tərəfindən atılıb”. Şikayətçilər və kənd sakinləri isə bildiriblər: “Belələri bütün ilboyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. Onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil”.
Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinə, Nabran bələdiyyəsinə, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama polis bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.
Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də, bir qrup “təbiətsevər” tərəfindən, guya avropasayağı istirahət adı ilə meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə fəaliyyəti nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir. Yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur. Ona görə də təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək. Belə ki, ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən İnzibati Xətalar Məcəlləsinin meşə fondu torpaqlarının zibillənməsi və korlanması, həmçinin yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddələri ilə cərimələr tətbiq ediləcək, əməllərində cinayət tərkibi təsdiq olunacağı təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət olunacaq. Bununla belə, cari ilin iyul-avqust aylarında təkcə Müqtədir-Nabran ərazilərində bərk məişət tullantılarının idarə olunmamasına görə dörd nəfər fiziki şəxs barəsində ayrı-ayrılıqda müxtəlif inzibati cəza tədbirləri görülüb və cərimə tətbiq edilib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM