Fobiya haqqında - ARAŞDIRMA

17:32 / 29.08.2016

Reallıqda qorxu yaratmayan obyekt, fəaliyyət və ya situasiyaya qarşı qorxu hissi və qaçma davranışına fobiya deyilir. Fobik insanlar müəyyən vəziyyət, obyekt və ya fəaliyyətlə qarşılaşdıqda hədsiz təşviş hissi keçirirlər. Fobik insanlar qorxularının mənasız olduğunun fərqindədirlər, lakin onlara məntiqi yolla mane ola bilmirlər. Bu qorxular fobik insanların həyat keyfiyyətlərində problemlərin yaranmasına gətirib çıxarır.

Strategiya.az dushunce.az-a istinadən bildirir ki, fobiya cəmiyyətdə tez-tez müşahidə olunur. Tədqiqatlara əsasən cəmiyyətin 10%də bu problemlərə rast gəlinir. Faiz göstəricilərinin aşağı olma səbəbi isə bir çox insanın xəstəliyinin fərqində olmaması və psixooji dəstək üçün müraciət etməməsidir. Qadınlarda kişilərlə nisbətdə daha çox müşahidə olunur. Fobiyanın bir növü də günümüzdə geniş yayılmış sosial fobiyadır. Sosial fobiya əsasən yeniyetməlik dövründə, xüsusilə də qarşı cinsə marağın formalaşdığı dönəmdə ortaya çıxır.

Səbəbləri:

Fobiyanın real səbəbləri tam olaraq müəyyənləşdirilməmişdir. Aşkarlanmış səbəblər fobiyanın növlərinə əsasən dəyişməklə yanaşı, eyni fobyia növü fərqli insanlarda fərqli cür təzahür edir. Mental narahatlıqların bir çoxunda olduğu kimi fobiyada da səbəblər bioloji, genetik və sosial olmaqla 3 qismə bölünür.

Genetik faktor - bəzi spesifik fobiyalarda genetik faktorlar üstünlük təşkil edir. Məsələn: qan analizi və ya inyeksiya fobiyası olan insanlarda ailədə bənzər xəstəliyin olması digər ailələrə nisbətən daha çoxdur. Lakin bunun genetik və ya sosial faktorlara bağlı olması tədqiqatlarda hələ də öz əsasını tapmamışdır.

Neurokimyəvi faktorlar - bəzi insanlarda adrenalin və noradrenalin ifrazının normadan artıq olmasının və ya təsir göstərdiyi orqanların bu maddələrə normal insanlara görə daha həssas olmasının bu xəstəliyə səbəb olduğu irəli sürülür. Verilən dərman terapiyaları da bu maddələrin ifrazını və ya orqanizmin həssaslığını azaltmaya istiqamətlənmişdir. Klinik psixologiyada fobiaların keçmişdə yaşanmış hadisələrə bağlı olaraq inkişaf etdiyi ilə bağlı sübut olunmamış müxtəlif nəzəriyyələt mövcuddur. John Brodaus Watson öyrənmə nəzəriyyəsində fobiyaların şərti refleksin nəticəsində yarandığı irəi sürülür. Bu nəzəriyyəyə əsasən daha əvvəl təşviş yaratmayan stimul təşviş yaradanla birlikdə olduqda öyrənmə yolu ilə stimulatora çevrilir. Məsələn: lift qorxusu olmayan biri işıq söndüyü üçün liftdə qalsa, nəticədə onda lift qorxusu yarana bilər. Bu hadisədən əvvəl rahatlıqla liftə mindiyi halda hadisənin nəticəsində liftə mindiyi anda təşviş yaranır. Freydə görə fobiyalar şüuraltı konfliktlərlə bağlıdır və edip kompleksi ilə bilavasitə əlaqəlidir. Basdırılmış, şüuraltına yönəldilmiş bəzi qorxular yer dəyişdirərək normalda təşviş yaratmayacaq obyekt və ya situasiyaya sublimasiya olunur və bu yolla fobiya yaranır. Mütəmadi stressə məruz qalan uşaqlarda həyatın irəli mərhələlərində generalizə olunmuş fobik davranışların sərgiləndiyi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Mütəmadi stress yaradan səbəblər arasında erkən yaşda valideynlərdən birinin və ya hər ikisinin itkisi, boşanma, şiddətə məruz qalma hadisələri əsas səbəb hesab olunur. Bəzi orqanik xəstəliklər, nevroloji və psixiatrik xəstəliklərdə fobik simptomlar görülə bilər. Bu narahatlıqların differensial (fərqləndirici) diaqnostikası diqqətə alınmalıdır.

Simptomları:

Nevrotik pozuntularda müşahidə olunan simptomların bir çoxu fobiya zamanı da qeydə alınır.

Ürək döyüntüsünün artması
Üzün qızarması
Titrəmə
Tərləmə
Bulanıq görmə
Nəfəs darlığı
Ağız quruluğu
Udma problemi...
Sosial fobiyanın panik pozuntudan yeganə fərqi simptomların müəyyən situasiyalarda ortaya çıxmasıdır. Panik pozuntu olan insanlar nə vaxt panik atak keçirəcəklərini bilirlər və atak keçirməmək üçün fobik vəziyyətdən qaçırlar. Məsələn: lift qorxusu olan insanlar liftə minərkən panik atak keçirə bilərlər və bundan qorunmaq üçün üst mərtəbələrə pilləkənlə çıxıb-düşməyə üstünlük verirlər, beləliklə də atak keçirməyin qarsşını alırlar. Təyyarə qorxusu olan insanlar təyyarənin əvəzinə digər vasitələrdən istifadə edərək səyahət etməyə üstünlük verirlər. Fobiyası olan insanlar bu cür qaçma davranışını istifadə edərək atakın artmasının qarşısını alırlar.

Panik pozuntu olan insanlarda fobiyalardan fərqli olaraq panik atakların nə vaxt, harada olacağı bəlli deyil və adətən atakın qarşısını almaq qeyri-mümkündür.

Aqorafobiya

İnsanın rahatlıqla qaça bilməyəcəyi mühitə daxil olduğu anda ortaya çıxan generalizə olunmuş təşviş duyğusudur. Tək küçəyə çıxmaq, izdihamlı sahədə olmaq və ya maşın, avtobus, təyyarə kimi vasitələrlə səyahət etmək bu yerlərə aid oluna bilər.

Mütəmadi rastlanılan fobiyadır. Küçədə narahatlıq yaşayacağını düşünən bu insanlar evdən çıxmaq istəmir. Panik atak keçirən insanlarda aqorafobiya tez-tez rastlanılır.

Spesifik fobiya

Müəyyən obyekt və situasiyaya qarşı hədsiz qorxu hissi keçirmək spesifik fobiya adlandırılır. Qorxu yaşanılan obyekt və durumla real həyatda qarşılaşma, televizor və qəzet kimi informativ yolla qarşılaşma eyni şəkildə qorxu yarada bilər. Spesifik fobiya adətən uşaqlıq dövründə başlayır, lakin 20 yaş dönəmində daha çox müşahidə olunur.

Daha çox görünən spesifik fobiyalar bunlardır: heyvanlar (ilan, it, quş), böcəklər (hörümçək, arı), yüksəklik qorxusu, lift qorxusu, təyyarəyə minmək və ya maşın istifadə etmək, qan görmək və ya inyeksiya...

Terapiyası

Fobiyalar terapiya olunmadığı təqdirdə uzun müddət davam edə bilir, əslində müalicə olmadan düzələn pasiyentlərin sayı azdır. Fobiyanın müalicəsində məqsəd insanın qaçma davranışının qarşısını almaq və müəyyən vəziyyətlərdə ortaya çıxan təşvişi azaltmaqdır. Farmakoterapiya ilə psixoterapiya mütləq şəkildə paralel aparılmalıdır. Təşvişi aradan qaldırma istiqamətində rahatlama texnikaları və koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Terapiya qrupları, ailə terapiyası və fərdi psixoterapiya tətbiq olunan digər terapiyalara aiddir.

Müalicənin müddəti xəstəliyin şiddəti, yayılması və pasiyentin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Farmakoterapevtik təsir ilk bir neçə həftə ərzində əldə olunur. Lakin tam korreksiya üçün daha uzun zaman lazımdır.

Fobiya ilə əlaqəli alkoqol asılılığı varsa, fobiyanın aradan qaldırılması ilə asılılığın terapiyası asanlaşır. Lakin əgər fobiya simptomları aradan qaldırılmazsa asılılığın korreksiyası çətindir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM