Bu məqsədlə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra elmi fəaliyyətlə əlaqədar qanunvericilik bazasının formalaşdırılması üçün çalışmalar diqqət mərkəzinə gətirilmiş, araşdırmalar aparılmış və müzakirələr keçirilmişdir. İlk növbədə, elmi fəaliyyət sahəsində ölkəmizin mövcud reallıqları, davamlı ənənələri və inkişaf perspektivləri öyrənilərək obyektiv nəticələrin çıxarılması üçün ciddi səylər göstərilmişdir. “Elm haqqında” qanun layihəsinin əlaqədar qurumlarla birgə geniş müzakirəsindən sonra konkret qənaətlər formalaşdırılmışdır. Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri olan deputatların, işçi qrupunun üzvlərinin və əlaqədar qurumların məsul əməkdaşlarının, geniş elmi ictimaiyyətin fəal iştirakı “Elm haqqında” qanun layihəsinin hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Heç şübhəsiz, “Elm haqqında” qanun layihəsi kimi mühüm bir sənədin hazırlanması üçün dünya təcrübəsi də yaradıcı şəkildə öyrənilmişdir. Keçmiş Sovetlər İttifaqına daxil olmuş müstəqil respublikalarda “Elm haqqında” qanuna dair təcrübə yeni formalaşmağa başladığı üçün və Qərb dövlətlərində və inkişaf etmiş Asiya ölkələrində akademik qurumların strukturunda və funksiyalarında bir-birindən fərqli xüsusiyyətlər olduğuna görə irəliyə doğru inkişafa xidmət edəcək ortaq, yaxud ümumi prinsiplərin, ölkəmizdə elmin inkişaf strategiyasına qüvvət verə biləcək müddəaların müəyyən olunmasına xüsusi diqqət yetirilmişdir.
Parlament prosedurlarına uyğun olaraq “Elm haqqında” qanun layihəsi bir neçə dəfə Elm və təhsil komitəsinin iclaslarında geniş müzakirə olunmuş, Milli Məclisin plenar iclaslarında üçüncü oxunuşdan sonra zəruri əlavələr və düzəlişlər edilməklə layihənin qəbul edilməsi məqsədəuyğun sayılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 avqust 2016-cı il tarixdə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi və tətbiq olunması barədə 270 fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Elm haqqında” qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir, elmi fəaliyyətin geniş imkanlarını nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müasir inkişafına dair çağırışlarında, nitq və çıxışlarında, tapşırıq və tövsiyələrində müstəqil Azərbaycanda cəmiyyətin elmi əsaslar üzrə inkişaf etdirilməsi zərurətini və azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsini məsul vəzifə kimi irəli sürməsi elmi qurumların, geniş mənada elmi fəaliyyət sahələrinin yeni islahatlarını şərtləndirir. Buna görə də “Elm haqqında” qanunda ilk növbədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinə fikir verilmişdir. Azərbaycanda elm üzrə həyata keçirilən dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, elmi fəaliyyətin bütün sahələrində azərbaycançılıq baxışlarının möhkəm elmi əsaslar üzrə prioritet kimi qəbul edilməsi diqqət mərkəzinə çəkilmişdir. Ölkə başçımızın nitqləri və bəyanatlarında ifadə olunan və müasir dövrün reallıqlarından doğan multikulturalizm və tolerantlıq, demoqrafik inkişaf və miqrasiya kimi məsələlərin elmi əsaslarının müəyyən edilməsi də qanunda elmi fəaliyyətin prioritetləri sırasında xüsusi yer almışdır.
“Elm haqqında” qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Əsasnaməsinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsinə dair xüsusi maddənin öz əksini tapması bu zəruri qurumun rolunun və funksiyalarının daha da artırılmasına xidmət edir. Bundan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan elm sahələri üzrə problem şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaqdır.
Elmi adların və dərəcələrin verilməsi qaydalarının təkmilləşdirilməsi və dəqiqləşdirilməsi istiqamətində də “Elm haqqında” qanunda əhəmiyyətli müddəalar öz əksini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, müxbir, xarici və fəxri üzvlüyünün elmi rütbə adlandırılması ölkəmizdə alim adına və zəhmətinə göstərilən böyük diqqət və qayğını özündə əks etdirir. Bununla belə, akademik adının elmi rütbə hesab edilməsi bu adı daşıyan alimlərin, seçkili orqanların məsuliyyətini daha da artırır.
Qəbul olunmuş “Elm haqqında” qanunda elmi ekspertiza, impakt faktor, istinad indeksi, elmi innovasiya, təkrar ekspertiza, texnopolis, elmi-texnologiya parkları kimi müasir reallıqdan doğan anlayışlar və həmin anlayışlardan irəli gələn vəzifələr konkret maddələrdə ifadə olunmuşdur. Qanunun 33.10-cu maddəsində doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmək hüququnun həyata keçirilməsi kimi yeni müddəa öz əksini tapmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq bakalavr pilləsi üçün təhsil kreditlərinin verilməsi işinə başlamışdır. Fikrimizcə, Təhsil Nazirliyinin bu proqramın məqsədyönlü şəkildə həyata keçirilməsi üçün artıq “Tələbə Kredit Mərkəzi” yaratması həmin sahədə real addımların atılmasına şərait yaradacaqdır. Beynəlxalq təcrübədə özünü təsdiq etmiş təhsil kreditləri məsələsinin həyata keçirilməsi Azərbaycanın elm və təhsil sistemində bir çox problemlərin həllinə kömək edəcəkdir. Bu baxımdan “Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın olması həmin prosesin daha da genişlənməsinə təkan verəcəkdir. Bununla belə, təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac vardır. Onu da qeyd etməyi lazım bilirəm ki, bu istiqamətdə Milli Məclisdə deputatlar tərəfindən irəli sürülən təşəbbüslər, hətta müəyyən ilkin layihələr də mövcuddur.
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti” adlanan ayrıca maddə özünə yer almışdır. Bu, elmi işçilərin zamanın tələbindən irəli gələn, dünya təcrübəsi ilə səsləşən yeni tipli səlahiyyəti və vəzifələridir. Lakin burada iqtisadi sahədəki kommersiya, sahibkarlıq fəaliyyəti ilə elmdəki innovasiya və sahibkarlığı eyniləşdirmək olmaz. Ona görə də “Elm haqqında” qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılmış, əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunmuşdur. Qanunun 38-ci maddəsinin ayrı-ayrı bəndlərində elmdə sahibkarlığın istiqamətləndirilməsinə dair müddəalar və onların iqtisadi-hüquqi əsasları əks etdirilmişdir. Xüsusilə, qanunun 38.6-cı maddəsində konkret olaraq göstərildiyi kimi, “...elmi müəssisələrdə və ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji, informasiya və ekspertiza mərkəzləri yaradıla bilər”.
Dünya təcrübəsində akademiyaların və universitetlərin nəzdində elmi-innovasiya tutumlu sənaye müəssisələri, təsərrüfat subyektləri, hətta müdafiə təyinatlı istehsalat sahələri mövcuddur. Azərbaycan elmində də bu istiqamətdə müəyyən təşəbbüslər olmuşdur. Belə ki, XX əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərmiş təcrübə-konstruktor büroları təsərrüfat hesablı büdcədənkənar müəssisələr kimi fəaliyyət göstərərək elmi qurumların və elmi işçilərin faydalı təşəbbüslərinə və əlavə gəlir əldə etmələrinə şərait yaratmışdır. Keçmiş iqtisadi sistemin dağılması ilə əlaqədar olaraq bu proses davam etdirilə bilməmişdir. Lakin neft və kimya, fizika-texnika təmayüllü elmi-tədqiqat institutlarının bazası kimi elmi qurumların nəzdində böyük səmərə verməsə də, təcrübə-sınaq xarakterli təsərrüfat əhəmiyyətli müəyyən laboratoriyalar, kiçik müəssisələr qorunub saxlanılmışdır. Hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə Sənaye Zavodunda 20-dən çox məhsul istehsal olunur. Eyni zamanda, ölkəmizin ali məktəblərində müəyyən klinikaların, təsərrüfat bazasının, tədris-təcrübə sahələrinin, idman-sağlamlıq müəssisələrinin, istirahət ocaqlarının yaradılması prosesləri də müşahidə olunur. Planlı dövlət mülkiyyətinə əsaslanan, keçmiş sovet cəmiyyətində akademiyaya və ya ali məktəblərə təsərrüfat hesabı ilə fəaliyyət göstərən, özünümaliyyələşdirən, əlavə gəlir gətirən müəssisələr yaratmaq səlahiyyəti verilə bilməzdi. Bu səlahiyyətin əldə edilməsi ölkəmizin dövlət müstəqilliyi qazanmasının bəhrəsidir. Buna görədir ki, Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2014-cü ildə təsdiq etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində, habelə bir sıra ali məktəblərimizin əsasnamələrində elm və təhsil qurumlarının nəzdində təsərrüfat subyektlərinin yaradılmasına və fəaliyyət istiqamətlərinə dair konkret müddəalar özünə yer almışdır. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu da elmi-tədqiqat və ali təhsil müəssisələrində təsərrüfat-sənaye subyektlərinin yaradılmasına və hüquqi cəhətdən tənzimlənməsinə geniş yol açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 9 avqust 2016-cı il tarixli fərmanındakı respublika Nazirlər Kabinetinə elmi qurumlarda məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etməsinə dair rəsmi tapşırıq elmdə innovasiya və sahibkarlıq mühitinin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının əməli ifadəsidir. Eyni zamanda, elmi işçilərin elmi ekspertiza, informasiya, innovasiya xidməti ilə məşğul olmalarına meydan verilməsi, habelə onların səmərələşdirici təkliflərini, ixtiralarını, patentlərini bazara, auksiona çıxarmaq, istehsalatda tətbiq edilməsi üçün müqavilələr bağlamaq hüququ əldə etməsi, ölkədə innovasiya fondlarının yaradılması həm elmin təcrübə ilə, istehsalat mühiti ilə, cəmiyyət quruculuğu ilə əlaqələrinin genişləndirilməsinə, həm də elm sahəsində çalışanların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaqdır. Bütün bunlar elm, təhsil və iqtisadiyyatın qarşılıqlı inteqrasiyasına real töhfə verə biləcəkdir.
Azərbaycan Respublikasının “Elm haqqında” qanununda ölkənin ali təhsil tarixində ilk dəfə olaraq “Tədqiqat universiteti” statusuna malik olan ali təhsil ocaqlarının yaradılmasının nəzərdə tutulması da elmi fəaliyyətin əsas subyektlərindən olan ali məktəb elminin inkişafında yeni era açacaqdır. Tədqiqat universitetlərinin formalaşdırılması, daha dəqiq desək, “Tədqiqat universiteti” statusu qazanmış ali məktəblər vasitəsilə elmin inkişaf etdirilməsi ölkəmizdə elm sahəsində sağlam rəqabət mühitinin yaranmasına, son nəticədə elmin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir. Bu, elmlə təhsilin əlaqələndirilməsi baxımından da əhəmiyyətli addım ola biləcəkdir. Ölkəmizin dövlət büdcəsinin imkanlarına uyğun olaraq “Tədqiqat universiteti” statusu qazanmış ali təhsil ocaqlarında elmi işçilərin əməyinin stimullaşdırılması ali məktəb elminin maliyyələşdirilməsi baxımından da yeni addım olacaqdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elm haqqında” qanunun tətbiqi haqqındakı fərmanında elmi potensialı güclü olan ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusunun verilməsi üçün konkret tələblərin müəyyən edilməsinə dair verdiyi tapşırıqlar ölkəmizdə həmin ideyanın həyata keirilməsinə işıq salır.
Elmi işçilərin fəaliyyətinin stimullaşdırılması baxımından da “Elm haqqında” qanunda mühüm müddəalar vardır. Qanunun “Elmi fəaliyyətin iqtisadiyyatı” adlanan VI fəsli və “Elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması” maddəsi bütünlüklə alim əməyinin dəyərləndirilməsinə və rəğbətləndirilməsinə həsr edilmişdir. “Elm haqqında” qanunda elmi fəaliyyətin, alim zəhmətinin maliyyələşdirilməsi mənbələri, vasitələri və yolları göstərilmiş və hüquqi cəhətdən əsaslandırılmışdır. Bu maddələrdə elmi fəaliyyətin proqramlar və qrantlar üzrə, sahibkarlıq və innovasiya, habelə ekspertiza, informasiya xidmətlərinə görə maliyyələşdirilməsi, eyni zamanda, elmi adlara və elmi dərəcələrə görə maliyyələşdirmə tədbirləri nəzərdə tutulur. Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.6-cı maddəsindəki elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan, elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin məbləğinin müəyyən edilməsinə dair müddəalar dövlətimizin elmin və alim əməyinin, milli ziyalılığın inkişafına göstərdiyi növbəti qayğını aydın surətdə nəzərə çarpdırır. Dərin minnətdarlıq hissi ilə demək lazımdır ki, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərin əməyinin qiymətləndirilməsi baxımından ardıcıl dövlət siyasəti həyata keçirilir. Hətta dünyada iqtisadi böhranların baş verdiyi illərdə də ölkəmizdə alimlərin, müəllimlərin, mədəniyyət işçilərinin maaşlarının artırılması haqqında Prezident sərəncamları imzalanmış və həyata keçirilmişdir. “Elm haqqında” qanuna dair Prezident fərmanında bu istiqamətdə öz əksini tapmış müddəalar həmin qayğının davamlı bir proses olmasının daha bir bariz nümunəsidir.
Ümumiyyətlə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə müasir elmi məktəblərin yaradılmasına, yeni elmi nəsillərin formalaşdırılması və inkişafına, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsinə, bir sözlə, müstəqil dövlətimizin elm siyasətinin həyata keçirilməsinə geniş üfüqlər açır.
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə,ölkəmizdə elmi işçilərə, alim əməyinə, milli ziyalılığa göstərilən böyük diqqət və qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə geniş elmi ictimaiyyətin dərin minnətdarlığını çatdırmağı özümə borc hesab edirəm. Əmin etmək istəyirəm ki, Azərbaycan alimləri “Elm haqqında” qanundan irəli gələn vəzifələri uğurla həyata keçirmək üçün var qüvvələrini səfərbər edəcəklər. Alimlərimiz, ziyalılarımız, elmi-pedaqoji sahənin əməkdaşları ölkəmizdə dövlət səviyyəsində yaradılmış möhkəm ictimai-siyasi sabitlik və hərtərəfli dinamik inkişaf mühiti şəraitində elm sahəsində yeni və mühüm nailiyyətlər qazanmağa, müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə zəka və ömür həsr etməyi böyük amal və şərəf işi hesab edirlər.
İsa HƏBİBBƏYLİ, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik
"Azərbaycan" qəzeti
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM