Şəmkir rayon Təhsil Şöbəsinin artıq və əlavə əmək haqları ödədiyi məlum olub

18:04 / 30.08.2016

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin1-ci rübündə Şəmkir rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

 

Strategiya.az bildirir ki, APA-nın məlumatına görə, audit ümumilikdə 46901,5 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 91,8%-93,3%-dir.

 

2015/2016-cı tədris ili üçün Şöbənin strukturu 79 ümumtəhsil məktəbi üzrə ümumilikdə 31059 şagird kontingenti və 1619 sinif komplekti təsdiqləyib, ümumtəhsil məktəblərində 3189 nəfər müəllim çalışıb. Təhsil şöbəsinin ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 19,2 nəfər, o cümlədən I-IV siniflər üzrə 20,0 nəfər, V-IX siniflər üzrə 18,5 nəfər, X-XI siniflər üzrə 18,4 nəfər təşkil edib. 2015/2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 57 yer üçün (853 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən riyaziyyat, fiziki tərbiyyə, biologiya, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,52%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 41,33%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyənləşib.

 

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə,  şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Audit prosesində əvəzlənməmiş, lakin əvəzlənməsi rəsmiləşdirilmiş dərs saatlarına,həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi üzə çıxıb. Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində  paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verilib. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilmiş, həmçinin  funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Bir sıra hallarda  vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbəğindən artıq vəsaitin ödənilməsi, həmçinin şöbə tərəfindən alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyənləşib. Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub. Həmin məbləğin 70,1%-ni  kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmayıb.

 

Hesablama Palatasının Kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM