Strategiya.az-ın məlumatına görə, Virtualaz.org bildirir ki, bu barədə “Frans-Press”ə Pentaqon sözçüsü məlumat verib.
"Son bir neçə saat ərzində biz bütün tərəflərin ən azı bir neçə gün bir-birinə atəş açmamaq və bütün qüvvələri İŞİD-lə mübarizəyə səfərbər etmək barədə razılığa gəldikləri barədə təsdiqlənmiş məlumat aldıq.
Bu müvəqqəti, ən azı bir neçə günü əhatə edəcək razılaşmadır. Amma biz çox istərdik ki, o daimi olsun”, - deyə ABŞ hərbi nümayəndəsi bildirib.
Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.