Elçin Cəfərov: Azərbaycanda güləşin inkişafı və kütləviləşməsi ilə bağlı proqram uğurla icra olunur

21:39 / 30.08.2016

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında finala yüksələn güləşçilərimizdən qızıl medal gözləyirdik. Ancaq bu, idmandır. Ümumiyyətlə, güləşçilərimizin Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Güləşçilərimizin “Rio-2016”da 3 gümüş və 6 bürünc medal qazanaraq yeni tarix yazdıqlarını vurğulayan Elçin Cəfərov deyib: “Bu, bir çox ölkələrin Yay Olimpiya Oyunlarında arzuladığı, amma nail ola bilmədiyi uğurdur. Dördilliyin zirvə yarışında təkcə güləşçimiz deyil, digər idmançılarımız da müvəffəqiyyətlə çıxış edərək 18 medala sahib oldular. Bu göstərici ilə Azərbaycan millisi 206 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Nəzərə alsaq ki, 78 ölkədən idmançılar mükafatçılar sırasına düşüb, 39-cu pillə yüksək göstəricidir”.

Güləşçilərimizin “Rio-2016”da qızıl medala sahib ola bilməmələri ilə bağlı danışarkən vitse-prezident bildirib ki, bu, bir qədər müəmmalıdır, üç güləşçimiz finala yüksəlsin, ancaq heç biri qızıl medal qazana bilməsin. Ancaq idmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Bununla barışmaq lazımdır. Federasiya rəhbərliyi bu nəticədən razı qalmaya bilər. Çünki federasiya tərəfindən güləşçilərin hazırlığı, təlim-məşq toplanışı üçün yüksək səviyyədə şərait yaradılmışdı. Bunun müqabilində qurum idmançılardan qızıl medallar gözləyirdi. Məğlubiyyət acısını ən çox idmançı özü yaşayır. Bunların aradan qaldırılması üçün geridə buraxılan səhvlər təhlil olunmalı və lazımi addımlar atılmalı və nəticə çıxarmalıdır.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin yaxın günlərdə toplantı keçirəcəyini və idmançıların Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı çıxışına qiymət verəcəyini diqqətə çatdıran Elçin Cəfərov bildirib: “İdmançı arxayınlaşmamalıdır. O, fəxri kürsüdən düşdükdən sonra idman zalına getməlidir. Çox istirahət edən idmançıdan birincilik gözləmək olmaz. İdmançı daim formada olmalıdır. 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında güləşçilər hansı çəki dərəcələrində çıxış edəcəklərini indidən müəyyənləşdirməlidirlər. Güləşçilərimiz növbəti dördilliyin zirvə yarışının hazırlığına elə bu gündən başlamalıdırlar. İdmançılar da, məşqçilər də bunun məsuliyyətini indidən dərk edirlər”.

İdmanın bu növünün ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində uğurlu proqramın fəaliyyət göstərdiyini bildirən vitse-prezidenti deyib ki, Bakıda və regionlarda güləş zallarının artması müşahidə olunur. Ölkədə güləş klubları fəaliyyət göstərir ki, onların yetirmələri Avropa və dünya birinciliklərində, beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Həmçinin respublikamızda ölkə çempionatlarının, beynəlxalq turnirlərin təşkili hər zaman diqqət mərkəzindədir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM