Bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala azərbaycanlı həmkarı Ramil Usubovla Ankarada keçirdiyi görüşdə bildirib.
Ə.Ala qeyd edib ki, Azərbaycan və Türkiyə terror təşkilatlarına qarşı mübarizə sahəsində əməkdaşlıq edir: "FETÖ terror təşkilatının Türkiyə ərazisində yox edilməsi üçün də işbirliyimiz davam edir".
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə gələcəkdə də bu kimi məsələlərdə məlumat mübadiləsi etməklə yanaşı, eyni mövqedən çıxış edəcəklər.
Azərbaycanın daxili işlər naziri R.Usubov isə deyib ki, FETÖ terror təşkilatının Azərbaycanda olan üzvlərinə qarşı bundan sonra da zəruri addımlar atılacaq: "Bundan sonra da bu problemin həlli üçün üzərimizə düşən işi yüksək səviyyədə yerinə yetirəcəyik".//trend