Strategiya.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Cinli Boluslu kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 m² sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.
Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.