Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzdə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.
2015-ci ildə Mərkəzə (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olduğu halda, 2016-cı ilin ilk 6 ayı ərzində bu göstərici 88 xəstə olub.
2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612-yə çatıb.
UBMM-ə daxil olmuş xəstələr Mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər.
Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən, uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–yə müraciət edən 1 yaşına qədər uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.
Strategiya.az