Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Strategiya.az-a bildirib ki, avtomobilləşmənin sürətlə getdiyi indiki dövrdə hərəkətin təhlükəsizliyinin əsas şərti yol mədəniyyəti ilə yanaşı, sürücü, piyada məsuliyyətidir. Əgər tərəflər bu şərtə əməl etsələr, insan həyatının təhlükəsizliyi daha etibarlı olar. Deməli, kimin nə deməsindən asılı olmayaraq, yollarda təhlükəsizliyin təmin olunması təkcə dövlət nümayəndəsi – yol polisinin fəaliyyəti ilə şərtlənmir. Qabaqcıl ölkələrdə, xüsusilə Avropa ölkələrində sürücü-piyada, piyada-sürücü məsuliyyəti o qədər mental xarakter daşıyır ki, bu ənənənin yayılmasında yol polisi ilə yanaşı, vətəndaş cəmiyyəti, mətbuat daha çox fəallıq göstərir.
Etiraf edək ki, bizdə vəziyyət fərqlidir. Araşdırmalar, daxil olan şikayətlərin mahiyyəti təhlil olunarkən ortaya aydın bir məntiq çıxır ki, hərəkət iştirakçısı birinci halda qaydalara əməl etməli olduğu halda, qaydanı pozaraq, ailə büdcəsinə dəyən zərəri ödəməmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Yol polisi olaraq, biz bunu daxil olan müraciətlərin böyük əksəriyyətində müşahidə edirik. Yaxud başqa bir qrup yol polisindən narazılığını müvafiq idarəyə müraciət etmədən sosial şəbəkədə müzakirəyə çıxarır, özünü haqlı göstərən statuslar yazır. Bu statuslarda, yazılan rəylərdə bəzən elə “hökm”lər, “qərar”lar çıxır ki, asayiş keşikçisinin sanki vətəndaşla şəxsi qərəzliyi var. Xüsusilə, polisi təxribata çəkmək istəyən bəzi sürücülər bununla da yol polisinin fəaliyyətini şübhə altına salan, əsası olmayan informasiyalar, sosial statuslar tirajlayır, təzyiqlərə məruz qalması barədə görüntü yaratmaq istəyirlər. Hər kəsə bəllidir ki, bu qarayaxmalar nədən qaynaqlanır, nədən ortaya çıxır. Bütün bu bədniyyətlilərin arxasında dayananların məqsədi yalnız asayiş keşikçisinin - polisin ildən-ilə artan nüfuzuna xələl gətirməkdir.
Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətləri dövlətin qanunları ilə tənzimlənir. Bunların hamısı ölkəmizdə bütün səviyyələrdə ciddi nizam-intizamın mövcudluğundan irəli gəlir. Kiminsə haqlı olmasının başlıca yolu qanuna əməl etməkdən keçir. Əgər tərəflərdən biri qanunu pozursa, yol polisi bunu aşkarlayıb məsuliyyətə cəlb edirsə, bu, cəmiyyətin gələcəyi, ictimai təhlükəsizliyin etibarlı təminatı ilə bağlı olan məsələdir. Ancaq əksər sürücülər yalnız “mənəm-mənəmlik” iddiası ilə hərəkət etməyə cəhd edir. İctimai rəydə də belə bir fikir formalaşdırmağa çalışırlar ki, yol qəzaları, sürücü özbaşınalıqları onların məsuliyyətə cəlb olunmamasından irəli gəlir. Ancaq həqiqət ondan ibarətdir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi hərəkət iştirakçılarının intizamının səviyyəsi ilə bağlıdır. Yol polisini ləkələyən, qeyri-mötəbər, bəzi hallarda anonim mənbələr hesabına hazırlanan hər bir fakt üzrə aparılan yoxlamalarda bir fikir diqqət çəkir: Yol polisi göz yumsun, mən bildiyimi edim.
Həyata keçirilən qabaqlayıcı tədbirlərdən aydın görünür ki, polisi təxribata çəkmək istəyən sürücülər, “ekspertlər” bu durumdan xeyirləri üçün yararlanmağa can atsalar da, heç bir faydası olmayacaq. Bütün dövrlərdə əldə edilən uğurlar, inkişafla yanaşı, bəzi çətinliklər də olub. Ancaq hər bir hərəkət iştirakçısının yollarda həyat və sağlamlığı, eləcə də əmlakının təhlükəsizliyi üçün gərəkli olan bütün tədbirlər görülür. Onu da etiraf edək ki, polisi xarakterizə edən başlıca göstəricilərdən biri vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsidir. Bu, Azərbaycan polisinin fəaliyyətində rəhbər tələbdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM