Rayon Mədəniyyət və turizm şöbəsinin müdürü Gündüz Mürsəlovun verdiyi məlumata görə, kilim yerli sakin Aybəniz Məmmədova tərəfindən Ədalət Paşayev küçəsindəki məişət tullantıları toplanan ərazidən tapılıb.
Araşdırma zamanı məlum olub ki, həmin kilim XVIII əsrə aiddir. Onun uzunluğu 4, eni isə 1,50 metrə yaxındır.
İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib. ("Report")