Sosial medianın insanlarda yaratdığı problem - YUXUSUZLUQ

17:47 / 07.09.2016

Sosial media, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar mütəmadi olaraq sosial media hesablarını yoxlayır, gündəmi qaçırmamağa çalışırlar. Bu aludəçilik o dərəcədə güclənib ki, insanlar gec saatlaradək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz isə “gündəmi qaçırmamaq” üçün internet resurslarında virtual gəzişmələrinə davam edirlər. 

 
Nəticədə insanlarda həm fiziki, həm də psixoloji xəstəliklər meydana çıxır. Onlardan biri də yuxusuzluqdur. Danılmaz faktdır ki, virtual mühitdən asıllılıq insanların yuxu sisteminə kifayət qədər mənfi təsir göstərir. Bu isə insanların gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.
 
Tanınmış həkim Seyfəddin Əsəd mövzu ilə əlaqədar açıqlama verərək, sosial medianın insan orqanizmində yaratdığı fəsadlardan danışıb: “İnsanın həyatda normal yaşaması üçün 3 faktor vacibdir. Onun birincisi düzgün qidalanmaq, yatmaq və normal, düzgün ailə münasibətləridir. Qeyd etdiyim kimi, vacib amillərdən biri də düzgün yuxu rejimidir. Lakin bizdə artıq insanlar yaşından asılı olmayaraq, yaşlı, böyük, körpələr virtual aləmdən asılıdırlar. Son nəticədə bu yaddaşsızlığa, iş qabiliyyətinin aşağı düşməsinə, əsəb pozğunluğuna, qan təzyiqinin yaramasına, piylənməyə gətirib çıxarır. 
 
Yuxusuzluqdan başqa şüalanma da var ki, bu da xərçəng xəstəliyinin yaranmasını sürətləndirir. Bildiyiniz kimi, telefonda internet açıq olanda onda istilik yaranır, bunu əllə də hiss edirik. Bu da xərçəng xəstəliyi yaradır. O ki, qaldı yuxusuzluğa, insanın normal həyatı, iş qabiliyyəti üçün vacib olan element sinir sistemidir. İnsanlar öz istirahətlərini, yuxu vaxtlarını müəyyənləşdirməlidirlər”.
 
“Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq Elnur Rüstəmov da qeyd etdi ki, insanlarda psixoloji gərginliyin artmasına səbəb daha çox sosial mediadır: “Son vaxtlar psixoloji problemlərin artmasına səbəb olan amillərdən biri də məhz yuxusuzluq, qaçaraq həyat tərzidir. Bu,  insanlarda psixoloji gərginliyin, stressin yaranmasına gətirib çıxarır. Əsas səbəblərdən biri sosial şəbəkələrdir. Sosial şəbəkələr də günü-gündən artmağa başlayır. Müxtəlif yaş təbəqələrindən olan insanların əksəriyyəti günlərinin çoxunu orada keçirir. Gündəm məsələsinə gəldikdə isə, əslində gündəm ciddi mövzularla ortada olmur. Daha çox məişət səviyyəsində, qısa bir müddətə, hətta 5 saat, bir günə hesablanan gündəmlər olur ki, bu da insanlarda səbəbsiz yerə aqressiyanın, narahatçılığın yaranmasına, ruh halının pozulmasına və yaxud qısa müddət üçün yaxşılaşmasına gətirib çıxarır. 
 
Yuxudan duran kimi sosial şəbəkədə gəzişmək, bu artıq asıllıq kimi qəbul olunub. İnsan yatanda da sosial şəbəkəyə baxır ki, hansı yenilik, təzə xəbər var, səhər yuxudan duranda da... Dırnaq arası informasiyalar bizi işğal etməyə başlayıb, sanki insanlar onlarsız yaşaya bilməz. Halbuki, artıq informasiyalar insanları yükləyir, onun əhval-ruhiyyəsinə mənfi təsir göstərir. 
 
İnsanlar tez-tez foto və şərhlər paylaşmaqla öz eqolarını onunla təqdim edirlər. Onlara gələn “like” və rəylərdən asılı olurlar. Çox “like” yığırsa əhvalı yaxşı olur, az gəlirsə əhvalı korlanmış olur. Təsəvvür edin ki, bizim əhvalımız birbaşa virtual aləm ilə bağlıdır. Bu da əlbəttə ki, bir qədər qəribə də olsa, insanların ruh halına təsir edir. Dünyagörüşü deqradasiyaya uğrayır. 
 
Düşünürəm ki, bununla bağlı hər bir fərd ayrı-ayrılıqda tədbir görməlidir. Çünki belə olan təqdirdə, bizim həyatımız virtuallaşır, canlı ünsiyyət aradan götürülür. Nəticədə ailədaxili problemlər yaranır, insanlarda təkcə özü üçün yaşamaq duyğusu ortaya çıxır, ancaq özünü düşünür. Bunun fəsadları hələ bundan sonra daha da artmağa başlayacaq. Buna görə də bir daha qeyd edirəm ki, hər bir fərd bu problemlə özü mübarizə aparmağa başlamalı, sosial şəbəkədə olmaq üçün özünə vaxt məhdudiyyəti qoymalıdır”.(musavat.com)

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM