Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, Bədii Şuranın geniş və açıq iclasında 2016-cı ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planı təsdiqlənib. Bədii Şuranın iclasını açıq elan edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, yeni mövsümdə qarşıda duran vəzifələrdən danışıb. Ə. Lalayev çıxışı zamanı bildirib ki, arxada qalan 106-cı mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – “Multikulturalizm ili” çərçivəsində ölkənin müxtəlif regionlarında – Masallı, Xaçmaz, Şamaxı rayonlarında bir-birindən maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Həmçinin teatr “Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib. Sonra isə 2017-ci ilə qədər olan dövr - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 25-ə yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək. Qarşıdakı dörd ay ərzində “O olmasın, bu olsun”, “Ər və arvad” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Skapenin kələkləri” (J.B. Molyer), “Düyməcik” (H.K. Anderson), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərləri rus dilli və balaca tamaşaçılar üçün təqdim olunacaq. Bu müddət ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər. Cari ilin sonuna qədər bir neçə premyeranın keçirilməsi də nəzərdə tutulur. Sentyabr ayında II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində İstanbul Bələdiyyə Teatrının “Şekspir” (Elçin) tamaşası da Musiqili Teatrda nümayiş olunacaq. İlin sonuna kimi Musiqili Teatrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illik yubileyi keçiriləcək. Noyabr ayında isə Dövlət Musiqili Teatrının “Teatr və multikulturalizm” mövzusunda IV Beynəlxalq Teatr Konfransına ev sahibliyi etməsi nəzərdə tutulur.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM