SAM “sebe rejisser”

17:40 / 09.04.2014

SAM-ı uzunmüddətli depressiyaların girovuna çevirən EL(xan) NUR(iyev)in rəhbərliyi dönəmində, nə də adında NUR sözü olmayan Fərhad Məmmədovun ...

Strateji Araşdırmalar, yoxsa hərşeyşünas araşdırmaçılar mərkəzi...


Azərbaycanda bilavasitə dövlət tərəfindən dəstəklənən, beynəlxalq təşkilatların ayırdığı qrantlardan asılı olmayan, ciddi struktura malik strateji araşdırmalar mərkəzinin, yaxud mərkəzlərinin fəaliyyət göstərməsini hər zaman arzulamışam. Hələ 10 il öncə ölkənin daxili və xarici siyasəti ilə bağlı qələmə aldığım yazılarda gənc Azərbaycan dövləti üçün belə institutların nə qədər böyük önəm daşıdığını vurğulamışdım. 

Strateji Araşdırmalar Mərkəzi (SAM) yarananda sözün əsil mənasında çox sevindim. Bu qurumdan ciddi gözləntilərim vardı. Ən azı formal fəaliyyət göstərməyəcəyinə ümid bəsləyirdim. Lakin SAM-ı uzunmüddətli depressiyaların girovuna çevirən EL(xan) NUR(iyev)in rəhbərliyi dönəmində, nə də adında NUR sözü olmayan Fərhad Məmmədovun direktorluğu dövründə bu qurumun adına layiq bir layihəyə imza atdığının şahidi olmadım. 

SAM-ın intellektual, yaraşıqlı və cazibədar gənc görütüsü yaratmağı, poz verməyi sevən, bu qurumu gələcək karyeraları üçün tramplin sayan bir qrup şəxsin girovuna çevrildiyi barədə dəfələrlə yazdım və ...yazdılar. Amma nə fayda... 

Dəyirman öz işindədir... Sadəcə vaxt üyüdür, vəssalam.

Dünyaya baxış

...Dünyada müxtəlif dövlət qurumlarının nəzdində yaradılan, yaxud dövlətin təsis etdiyi fondlar tərəfindən maliyyələşdirilən, strateji araşdırmalarla məşğul olan çoxsaylı institutlar, mərkəzlər fəliyyət göstərir. Və bu qurumlar dövlətin beyin mərkəzləri funksiyasını yerinə yetirirlər. Bu qurumlara ilk növbədə böyük diplomatik və siyasi təcrübəyə malik insanlar cəlb olunurlar. Çünki siyasi araşdırmalar zamanı elmi-nəzəri bilgilər müəyyən rol oynasa da TƏCRÜBƏ əsas yerdə dayanır. Bu yazıya başlamazdan öncə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən strateji araşdırmalar mərkəzlərinin, institutlarının tərkibi, strukturu və fəaliyyət istiqamətlərilə bağlı araşdırma apardım. Və qənaətim öz təsdiqini tapdı: Bütün bu institut və mərkəzləri birləşdirən əsas amil bu qurumlarda xarici və yaxud daxili siyasət sahələrində özünü təsdiqləmiş təcrübəli və tanınmış mütəxəssislərin üstünlük təşkil etməsidir. 

Bu belə də olmalıdır. Çünki söhbət bu və ya digər dövlətlərdə gənclərə nə qədər üstünlük verilməsindən getmir... Siyasət və diplomatiya sahəsində təcrübə hər zaman öz sözünü deyib və deyəcək də! Bu sübuta yetirilməsinə ehtiyac duyulmayan, zamanın sınaqlarından keçmiş bir aksiomdur! 

Kim var, kim yox...

SAM-ın strukturuna nəzər saldım... Mərkəzin direktoru qısamüddətli və uğursuz siyasi təcrübəyə malik, tutduğu vəzifəyə dərin və fundamental əsasları olmayan bəsit məqalələri, dedi-qodu səviyyəsində qələmə aldığı yazıları və təbii ki, QHT sektorundakı emosional canfəşanlığı ilə gəlmiş Fərhad Məmmədovdur...

Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov siyasətşünaslıq üzrə fəlsəfə doktorudur. Qafqaz Universitetinin dosentidir (Mətbuatda Azərbaycandakı nurçularla bağlı məlumatlar yayıldıqdan sonra Rövşən İbrahimov haqqında məlumatlar Qafqaz Universitetinin saytından çıxarılıb, amma google-nin axtarış sistemində qalır...) 

Azərbaycanda Rövşən İbrahimovu daha çox Xəzər televiziyasından, Qulu Məhərrəmli və Fərhad Mehdiyevlə birgə iştirak etdiyi verilişlərdən tanıyırlar. Nə daxili, nə də xarici siyasət sahəsində hər hansı təcrübəyə sahib deyil. Sıradan bir nəzəriyyəçidir.

SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tahirə Allahyarovanın isə təcrübə baxımından Azərbaycanın daxili siyasəti ilə nə yaxından, nə də uzaqdan heç bir əlaqəsi yoxdur. Tahirə xanımın namizədlik dissertasiyası "Ekoloji mədəniyyət" mövzusundadır (Görünür onu bu vəzifəyə ölkənin daxili siyasətinin ekologiyasını təmizləmək üçün gətiriblər). Tahirə Allahyarova 1998-ci ildən 2003-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri” şöbəsində elmi işçi, 2003-cü ildən böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin fəlsəfə və sosiologiya kafedrasının müəllimi olub və... günlərin birində daxili siyasət üzrə peşəkar mütəxəssisə çevrilib.

SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinə sabiq müsavatçı və "Yeni Müsavat" qəzetinin sabiq şöbə müdiri, Beynəlxalq Şəffaflıq Transparency İnternational təşkilatının fəal informatorlarından biri, yazdığı yazılarda Azərbaycanın bütün dövlət qurumlarını total korrupsiyada ittiham edən və buna görə hətta mükafat alan Vüsal Qasımlı rəhbərlik edir. Vüsal Qasımlının siyasi baxışı və dünyagörüşü haqqında qənaətə gəlmək üçün onun "Yeni Müsavat" qəzetinin 201 (2128) saylı, 29 iyul 2003-cü il tarixli sayında dərc olunmuş və 2003-cü ildə keçirilən prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin tez-tez istinad etdiyi "Korrupsiya: Sosial rifahın düşməni" adlı yazına gözucu nəzər salmaq yetərlidir...

SAM-ın əməkdaşları Məsiağa Məhəmmədi, Kamal Makili-Əliyev, Cavid Vəliyev, Rəşad Kərimov, Zaur Şiriyev, Azad Qəribov, Heydər Mirzə, Tomris Vəliyeva, Mahir Hümbətov, Gülmira Rzayeva, Şahmar Hacıyev, Rauf Qaragözov, Elnarə Qəribova, Sahib Cəfərov və digərləri haqqında ətraflı yazmağa ehtiyac duymuram. Çünki Mahir Hümbətov istisna olunmaqla adıçəkilən şəxsləri kimsə tanımır...

SAM-ın kadr potensialı ilə müqayisə üçün bu və ya digər məsələlərlə bağlı tez-tez müraciət etdiyimiz qardaş Türkiyədən və qonşu Rusiyadan nümunə gətirəcəyəm.

Böyük təşkilatçılıq bacarığı ilə Türkiyədə bir çox uğurlara imza atmış Süleyman Şensoyun rəhbərlik etdiyi Türk Asiya Strateji Araşdırmalar Mərkəzində qardaş ölkənin ən təcrübəli diplomatları və siyasətçiləri təmsil olunur. Onların sırasında səfir Murad Bilhan, səfir Əhməd Süha Umar, səfir Əli Engin Oba, araşdırmaçı alimlər Əsra Hatiboğlu, Engin Selcuk, Abdulla Özkan, Müharrem Hilmi Özev kimi şəxslərin adlarının yer alması bu qurum haqqında qürur duyulası bir mənzərə yaradır.
Rusiya prezidentinin təsisçiliyi ilə yaradılmış Strateji Araşdırmalar Mərkəzinə isə 1976-2009-cu illərdə öncə SSRİ-nin, Sovet İttifaqı süquta uğradıqdan sonra isə Rusiya Federasiyasının xarici kəşfiyyatının düşünən beyinlərindən və idarəçilərindən biri olan Leonid Reşetnikov rəhbərlik edir...

Zənnimcə, SAM-ın fəaliyyətilə bağlı qənaətə gəlmək üçün bu qədər yetərlidir...

P.S. Adlarını və haqlarında olan məlumatları Gülən camaatına məxsus internet resurslarından sildirib google axtarış sistemində unudanlara isə tövsiyyə edərdim, vaxtlarını pozmağa yox, yazmağa sərf etsinlər. Məsələn, elə mənim kimi.../aznews.az/

Elçin Mirzəbəyli

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM