Strategiya.az bildirir ki, birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da... Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.
F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?".