18 mart, 2009 - cu ildə baş tutan referendumdan artıq 7 il ötüb. Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində canlanma öz əksini tapmışdır. İqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartmışdır. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız bütün Azərbaycanın uğurudur. Vaxtında doğru atılmış addım dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə dövlətimizin inkişafına səbəb olmuşdur.
Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 26 sentyabr, 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncə vaxtında atılmış doğru siyasətin ardıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri olan seçkilərdə iştirak edə biləcək vətəndaşların yaş həddlərinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi addımdır. Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir vətəndaş üçün geniş imkanlar yaranır və bu dəyişiklik də digərləri kimi bilavasitə Respublikamızda müzakirə obyektinə çevrilən mühüm məsələlərin həllinə yeni prizmalardan yanaşılması, daha labüd qərarların qəbul edilməsini və s. müsbət xüsusiyyətlərini özündə təcəssüm etdirir.
Nəzər yetirsək, görə bilərik ki, Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətində biz gənclərə geniş imkanlar nəzərdə tutulmuşdur. Əgər Azərbaycan Respublikasının Milli Məclisinə qəbul olunmaq üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr, 2016 - cı il tarixində keçiriləcək referendumun qəbul olunacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaqdır. Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.
Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan
Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. Artmaqda olan Azərbaycan dövlətinin nüfuzu özünü müvafiq olaraq ayrı-ayrılıqda ictimai, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə də ehtiva edir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərinin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsi baxımından 26.09.2016 – cı il tarixində baş tutacaq referendumun böyük əhəmiyyəti var.
Heç şübhəsizdir ki, son dərəcə geniş imkanları ilə seçilən, ölkəmizin inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.
YAP Sabunçu RT-nınidarə heyətinin üzvü,
Murad CƏNNƏTOV
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM