Fövqəladə Hallar Nazirliyindən (FHN) Strategiya.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxtadan ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.