“İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik strateji sənəddir” - Fotolar

14:02 / 10.04.2014

Rufiz Qonaqov: “Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub”

 Strategiya.az xəbər verir ki, BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını ictimai müzakirəyə çıxarıb

 

 Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Yasamal rayon icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon fəalları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov açıb. Layihə haqqında məlumat verən Rufiz Qonaqov bildirib ki, layihə Bakı, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edəcək. Məqəsədimiz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təbliğinin aparılması, əhalinin məlumatlandırılmasıdır: “Bu təbliğatda əsas hədəf Konsepsiyanın ictimaiyyətə çatdırılması, iqtisadi inkişafın insan kapitalına yönəldilməsinin və sosial müdafiə sistemində dövlətin həyata keçirəcəyi tədbirlərin ictimai müzakirəsinin təşkili və əhalinin maarifləndirilməsi, vətəndaş cəmiyyəti sektorunun Dövlət Proqramlarının qəbulu üçün təkliflərlə çıxış etməsinə dəstək verilməsidir”. Daha sonra Rufiz Qonaqov bildirib: “Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da  “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam  işlərin daha sürətlə getməsinə və  səmərəliliyinin artırılmasına zəmin yaratdı. İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəddir. Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bütün sahələrlə yanaşı insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyət daşıyır”

Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov məruzə ilə çıxış edib. O, bildirib ki, bu Konsepsiyanın əhəmiyyəti olduqca böyükdür. Konsepsiya çərçivəsində böyük işlər və proqramlar həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bugünədək Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır ki, onlardan 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 5,2 faiz səviyyəsinədək azalıb”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, İnkişaf Konsepsiyasının ayrı-ayrı sahələrə təsirini vərtəndaşlarımız da hiss edir. Xüsusilə əhalinin aztəminatlı təbəqəsi bu konsepsiyanın təsirindən faydalanır. Vətəndaşların dayanıqlı sosial müdafiəsinin təşkili məqsədi ilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdiriləcəkdir. Həyata keçirilən pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə 2016–2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlanacaq”.

BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında İnkişaf Konsepsiyasının gənclərin inkişafına olan təsirindən danışıb. O bildirib ki, gənclərin əksəriyyəti bu gün İKT imkanlarından geniş şəkildə istifadə edir. Bu imkanların yaradılması isə birbaşa konsepsiyanın əsas müddəalarındandır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ayrı-ayrı bəndlərində də yeni texnologiyaların tətbiqini nəzərdə tutan bəndlər var. Proqramda milli kompyuter oyunlarının hazırlanması öz əksini tapıb.

Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxış edib. O, bildirib ki, Yasamal rayon icra hakimiyyəti İnkişaf Konsepsiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. KİV-də müxtəlif yazılarla çıxış edilir, kütləvi tədbirlər təşkil edilir. Prosesə gənclər, rayon ərazisində fəaliyyət göstərən QHT-lər və icmalar cəlb edilir. Eləcə də konsepsiya çərçivəsində rayonda sosail-iqtisadi inkişafla bağlı ciddi tədbirlər həyata keçirilir, abadlıq işləri görülür, əhalinin əsas tələbatını təşkil edən sahələr də müasir standartlar tətbiq edilir.  

Daha sonra Demokratik Cəmiyyət və Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdullayeva, Müharibə Veteranları və Qarabağ Veteranları Birliyi Yasamal şöbəsinin sədri Bəhram Şeydayev, YAP Gənclər Birliyinin fəal üzvü Gülnar Əmiraslanova, resmixəbər.az saytının rəhbəri Rəsmiyyə Vahidova və başqaları çıxış edərək, İnkişaf Konsepsiyası ilə bağlı öz fikirlərini bildiriblər.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM