Həmsədrlərin ermənilər qarşısında "susmaq öhdəliyi"

09:06 / 19.09.2016

Gözlədim, həm də bir xeyli ki, ATƏT həmsədrləri səslərini çıxararlar, yalandan da olsa bir-iki kəlimə söz deyərlər. Amma danışmadılar ki, danışmadılar. Heç olmasa üzdə, görüntü xətrinə belə olsa da, mövqelərinə, daşıdıqları missiyalarına uyğun olaraq onlar Qarabağda - Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistanın yaratdığı qondarma cinayətkar rejimin özbaşınalıqlarına - "müstəqillik yubileyi - 25 illik", konfrans, forum, festival, konsert - və bir çox müxtəlif adlar altında ermənilərin oyunlarına bir cavab verərlər.

Bunu etmədilər. Çi fayda, daşdan səs çıxdı, əlinə sülh bayrağı alıb ortalıqda illərdir gəzən bu adamlardan səs çıxmadı. Guya sülh missiyasını yerinə yetirirlər və yaxud da yetirməyə çalışırlar. Allah kəssin belə "sülhpərvərliyi", missiyanı... Elə bil ermənilərin qarşısında "susmaq öhdəliyi" götürüblər.

Məntiqi olaraq ortaya sual çıxır - Niyə? Əslində, diplomatiyadan az-çox başı çıxanlar bilirlər ki, baş verən hər hansı hadisə ilə bağlı danışmamaq, yənu susmağın özü bir hərəkətdir. Yəni, hərəkətsizlik deyil. Həmsədrlərin missiyasının adı fəaliyyət olub, əslində fəaliyyətsizliyə çevrilib. Bundan daha pisi isə Qarabağ münaqişəsində atəşkəs elan ediləndən bu yana onlar Azərbaycanın ədalətli mövqeyi ilə əlaqədar konkret, qəti mövqe bildirilməli zamanlarda əksərən susublar və ermənilərin işğal siyasətini davam etdirmələrinə göz yumublar.

Susmalarının bəs səbəbi nədir?

Var üzdə görünən siyasət, var da altdan yürüdülən siyasət. Sualımın cavabı həmsədrlərin və onların aid olduqları supergüclərin diplomatik gediş saydıqları ikinci yanaşmadır.

Qondarma cinayətkar rejimin separatçı əməllərinə "25 illik şənliklərinə" heç bir formada reaksiya verilmədi. Bunun adı nə diplomatiya, nə siyasət, nə sülh danışıqları, nə beynəlxalq hüquqların təminatı, qısası heç nə deyil. Bunun adı ancaq ikiüzlülük və Azərbaycan dövlətinə və xalqına qarşı açıq xəyanətdir.

Azərbaycan müharibə şəraitində yaşayır. İşğal olunmuş torpaqlar ya sülh yolu ilə, ya da müharibə ilə geri qaytarılmalıdır. Təmas xəttində kişik bir hərəkətlənmə müharibəni yenidən alovlandırmağa səbəbdir. Həssas, kövrək olan atəşkəs rejimi isə hər dəfə Ermənistan tərəfinin təxribatları ilə pozulur. Sərhəddə şəhid olan hər bir əsgərimiz, atılan hər güllə Azərbaycanın cavab atəşi açmasını zəruri edir. Ermənistan isə artıq məğlub tərəf olaraq bir daha müharibə başlamağa cəsarət etməz.

Yeri gəlmişkən, bir məqamı da qeyd etməyi vacib hesab edirəm. Qarabağda yaşayan ermənilər o torpaqları tərk etmək istəyirlər. Buna hər vəchlə mane olan ermənilər isə onları bizim torpaqlarda girov saxlayırlar. Gün kimi aydın olan səbəb isə odur ki, işğal olunan torpaqları ermənilər tərk edərlərsə, onsuz da təklənmiş Ermənistan çıxa bilməyəcəyi siyasi bataqlığın içinə birdəfəlik düşər. Əlinə düşən hər fürsətdən yararlanan ermənilər hətta insan faktorundan belə utanmadan istifadə edirlər. Rəsmi Bakı öz istəyi və ya digər səbəblərlə Azərbaycana gəlmiş erməniləri hər dəfə geri qaytarsa da, bunu qarşı tərəfin etdiyi deyilə bilməz.

Guya o torpaqlarda "müstəqil" dövlət qurduqlarını iddia edən ermənilərin "həmyerlilərinin" o torpaqları tam tərk etdikləri təqdirdə düşəcəkləri vəziyyəti təxmin etmək çətin deyil - sabun köpüyünə bənzəyən erməni mifi birdəfəlik dağılır. Ermənilərin o torpaqlarda yaşamaq istəməmələri, zorən orada girov saxlanılmaları erməni lobbisinin Azərbaycan torpaqlarında ikinci dövlət qurmaq niyyətləri ilə bağlı illərlə çəkdikləri əziyyətləri puç edər. Bu səbəbdən qondarma cinayətkar rejim bu gün erməniləri işğal olunmuş torpaqlarda girov saxlamaqda davam edir. Bu halda onları azad etmək, insan kimi azad yaşamaq haqlarını özlərinə qaytarmaq Azərbaycan dövlətinin üzərinə düşər. Birincisi, o torpaqlar bizim dədə-baba yurdumuzdur və işğaldan azad olunmalıdır. İkincisi, həmin insanlara normal, azad yaşamaq hüququnun verilməsi qanunların aliliyi çərçivəsində təmin edilməlidir. Dövlət olaraq Azərbaycan öz torpaqlarında istənilən qanunsuz hərəkətlərin qarşısını qanunların vermiş olduğu səlahiyyətlərlə icra etmək hüququna tam malikdir.

Azərbaycan dövləti az öncə sadaladığım hüquqlarından vaz keçmir. Dövlətimiz sülh imkanlarının tam bitdiyi halda qəti addımlar atacaq. Humanizmdən çıxış edərək torpaqlarında yenidən qan tökülməsini, övladlarının ölməsini istəməyən Azərbaycan erməni hiyləgərliyi qarşısında öz mövqeyini dəfələrlə aydın şəkildə bildirib. İşğala son qoyulmalıdır. Uduzanın kim olduğu isə artıq hamıya bəllidir, məncə ermənilərə də. /trend/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM