Agentlikdən Strategiya.az-a verilən məlumata görə, Tərtərdə qazıntı işləri aparılan küçədə 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U Qrad raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, 500 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 19 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 480 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.