«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

09:17 / 20.09.2016

Strategiya.az-a verilən məlumata görə, «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20 Sentyabr- Neftçilər Günündə işıq üzü görən 200 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 22 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

22 illik tarixi yol ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizə qazandırdığı uğurlara işıq salır, qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirilməsinə stimul verir. Neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, eyni zamanda dünya təcrübəsinə istinad edərək səyləri, təcrübə mübadiləsini birləşdirmək məqsədilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında tarixə «Əsrin müqaviləsi» kimi daxil olan sazişin imzalanmasına nail oldu. Bu reallıq möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında da önə çəkilir ki, «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, eyni zamanda beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək heç də çətin deyildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayaraq, həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmuddətli iqtisadi inkişafına geniş imkanlar açır. Azərbaycan özünün enerji tələbatını yüksək səviyyədə ödəməklə, dünyanın enerji təhlükəsizliyinin təminatına biri-birindən əhəmiyyətli töhfələrini verir. Artıq bu gün dünya «Cənub Qaz Dəhlizi»nin əhəmiyyətindən, perspektivlərindən bəhs edir.

Xüsusi buraxılış ölkəmizin enerji sektorunda qazandığı uğurların, keçdiyi inkişaf yolunun, əldə etdiyi təcrübənin təqdimatıdır. Xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» fikrinin yer alması təsadüfi deyil. Məhz dahi şəxsiyyət Heydər Əliyevin böyük uzaqgörənliyinin nəticəsi idi ki, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, yalnız bu gün deyil, gələcək nəsillər üçün istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Fond bu gün mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.

Sonrakı səhifədə dahi şəxsiyyət Heydər Əliyevin «Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir» fikirlərinin yer alması neft gəlirlərinin təyinatı üzrə xərclənməsinin ölkəmizə qazandırdığı uğurların aydın mənzərəsini yaradır. Ümummilli lider Heydər Əliyevin bu fikirlərinin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin «Şahdəniz-2» layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq» tezisi bugünkü reallıqlarımıza əsaslanır. Belə ki, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, onun ardınca yeni-yeni layihələrin gündəmə gətirilməsi və icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə «Neftçilər Günü»nün təsis edilməsi, hər il bu bayramın böyük təntənə ilə qeyd olunması da bu diqqət və qayğının təsdiqidir. Bu fikirlər SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin Neftçilər Günü münasibətilə təbrikində də əksini tapıb ki, Azərbaycanın neft-qaz sənayesi əməkçiləri ilbəil böyük uğurlara imza atırlar. Ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr uğurla davam etdirilir.

Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin 19 sentyabr 2016-cı il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında» sərəncamları yer alıb.

SOCAR-ın prezidenti R.Abdullayevin «Biz bu gün neft-qaz sənayesində yeni dövrün astanasındayıq» sərlövhəli yazısında bildirilir ki, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, neft Azərbaycan xalqının ümummilli sərvətidir. Ümummilli Liderin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan respublikamız bu gün də Xəzərin enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirir. Bu fikir də qeyd edilir ki, vaxt keçdikcə «Əsrin müqaviləsi»nin tarixi əhəmiyyəti azalmır, əksinə daha da artır.

Yazıda qeyd olunur ki, güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan

genişləndirən SOCAR bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ölkəmizin ümumi strateji inkişafına xidmət edir.

Xüsusi buraxılış, ümumilikdə, SOCAR-ın strukturlarının fəaliyyəti, Azərbaycan neft sənayesi əməkçilərinin əlamətdar günü - Neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.

Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin «Azərbaycanda neft və qaz hasilatı: mövcud vəziyyət və perspektivlər», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «Əsrin müqaviləsi» dayanıqlı iqtisadiyyatımızın, valyuta ehtiyatlarımızın əsas mənbəyidir», sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «SOCAR investisiyalarını şaxələndirir», emal üzrə vitse-prezident David Məmmədovun «SOCAR-ın emal kompleksində səmərəlilik daha da yüksəlir», vitse-prezident Mikayıl İsmayılovun «Əsrin kontraktı» neft sənayesində yeni texnologiyaların tətbiqinə yol açıb», sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun «SOCAR-ın həyata keçirdiyi sosial layihələr xalqın rifahının daha da yüksəlməsinə xidmət edir», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun «Davamlı və sabit iqtisadi inkişaf strategiyası Azərbaycanın gələcəyidir», neftin, qazın nəqli və kompressor təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun «SOCAR-da dünya neft-qaz sənayesinin qabaqcıl təcrübəsi tətbiq edilir», ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin «SOCAR ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətini genişləndirir», strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun «SOCAR-ın ölkə iqtisadiyyatının gələcəyini təmin edən strateji inkişaf layihələri», geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynovun «Əsrin müqaviləsi»nin imzalandığı tarixi neftçilərimiz təntənə ilə

qeyd edirlər», yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun «SOCAR neft-qaz yataqlarının işlənməsini uğurla həyata keçirir», Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin «Əsrin müqaviləsi» iqtisadiyyatımızın təməl daşıdır», Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun «Bakı Ali Neft Məktəbi: Uğurun imzası», «Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun «Azneft» İstehsalat Birliyinin kollektivi öz peşə bayramını yüksək nailiyyətlərlə qarşılayır», «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyevin «Ölkənin qazlaşdırılması sürətlə davam edir», «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin «Azərikimya»da həyata keçirilən yeni layihələr kimya sənayesinin gələcəyindən xəbər verir». «Əsrin müqaviləsi»nin tarixi əhəmiyyəti ətraflı qeyd edilir. Eyni zamanda, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin «Texnoloji yeniliklərdən istifadə edən qazmaçılar sifarişçilərə yüksək hasilatlı quyular təhvil verirlər», «Neftqaztikinti» Trestinin müdiri, Əməkdar mühəndis Mirkazım Abasovun «Neftqaztikinti» Tresti bu ili yüksək istehsalat göstəriciləri ilə başa vuracaq», Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun «Zavodumuzdakı modernizasiya daha böyük uğurlar qazanmağa imkan verəcək», Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun «Geofiziklər yeni neft strategiyasının icrasında fəal iştirak edirlər», Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin «Qlobal neft-qaz layihələrinə qoyulan sərmayələr ölkəmizə böyük gəlirlər vəd edir», Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun «Neft Kəmərləri İdarəsinin kollektivi öz işini günün tələbləri səviyyəsində qurur», Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin «Azərbaycan nefti dünyanın 25-dən çox ölkəsinə ixrac olunur», «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılovun «Neftqazelmitədqiqatlayihə» İnstitutu nüfuzlu elmi-tədqiqat və layihə mərkəzlərindən birinə çevrilib», Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun «SOCAR-da

nəqliyyat xidməti beynəlxalq standartlara uyğunlaşdırılır», «Qaz İxrac» İdarəsinin rəisi Qağaməli Seyfullayevin «Qaz İxrac» İdarəsində genişhəcmli müasirləşmə işləri həyata keçirilir», İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun «Azərbaycanda İKT-nin inkişafı dövlət siyasətinin prioritetləri sırasındadır», Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin «Qaz emalının həcmi durmadan artır», Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin «Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir», Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun «İdarəmiz sosial dövlət proqramlarının icrasında fəal iştirak edir», Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Təmiz ətraf mühitlə sağlam gələcəyə», Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun «SOCAR-da kadr hazırlığı diqqət mərkəzində saxlanılır», Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru vəzifəsini müvəqqəti icra edən Əliağa Səfərovun «Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Ulu Öndərin neftçilərə mirasıdır», Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi Pənah Həsənovun «SOCAR-ın dalğıcları qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər», Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun «Fəaliyyətimizin müasir tələblərə uyğun transformasiyası davam edir», «Neftçi İdman Klubu» İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun «Rio Olimpiadasında beş medal qazandıq», Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsinin rəisi, Əməkdar mühəndis Aqil Məmmədovun «Açıq neft və qaz fontanlarının ləğvi ilə təcrübəli mütəxəssislər məşğul olur» sərlövhəli məqalələrində Azərbaycan neftçilərinin bugünkü fədakarlığı öz əksini tapır.

«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin «Əsrin müqaviləsi»nin imzalanması nəticəsində Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilib» başlıqlı məqaləsində təhlil fonunda bir daha bu reallıq qeyd edilir ki, Azərbaycanın, eyni zamanda neft-qaz sənayesinin gələcəyi parlaqdır. Neft siyasətinin məntiqi davamı olaraq ölkəmizdə qeyri-

neft sektorunun inkişafı istiqamətində uğurlu addımlar atılır. Təbii ki, bu uğurlar ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi dəyərdən irəli gəlir.

Xüsusi buraxılışa ulu öndər Heydər Əliyevin «Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» tezisi ilə yekun vurulur. Təbii ki, bu, Xüsusi buraxılş üçün sonluqdur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açaraq, qarşıdakı illər üçün daha möhtəşəm uğurlar vəd edir. Azərbaycan ən yüksək zirvələri fəth etməklə dünyanın diqqətindədir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və hazırda bu xəttin möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində dünyada inkişafın Azərbaycan modeli mövcuddur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM