Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, İmişli rayonu, Cəfərli kəndində vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobilinin kabinə hissəsi, təkərləri və banına yığılmış 10 ton ot baglamasının 3 tonu yanıb.
Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.