2013-cü il nə ilə yadda qaldı

12:43 / 27.12.2013

"Ağ Yol" Vətəndaş Hərəkatı 2013-cü il nə ilə yadda qaldı" və "2014-cü ilə nə ilə gedirik" adlı silsilə müzakirələrə start verib

"Ağ Yol" Azərbaycanda sosial şəbəkələrə baxışı dəyişdirdi

Bu günlərdə isə "Ağ yol" Vətəndaş Hərəkatı 2013-cü il nə ilə yadda qaldı" və "2014-cü ilə nə ilə gedirik" adlı silsilə müzakirələrə start verib. 
1-ci müzakirədə Şahdəniz konsorsiumunun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını imzalaması 2013-cü ilin ən yadda qalan hadisəsi olduğu bildirilir. Müzakirədə qeyd olunur ki, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacağı vurğulanır.
"Bu böyük investisiya layihəsi Azərbaycanın və daxil olan regionlaırn, ölkələrin inkişafına yol açır. Azəri-Çıraq-Günəşli layihəsindən sonra Şahdəniz Azərbaycana iri gəlirlər gətirən ikinci ən böyük layihə olacaq. 
Bu layihə Azərbaycan daxil olmaqla Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq. Şahdəniz Azərbaycanın müstəqilliyinin möhkəmlədilməsində, təhlükəsizliyinin təminatında da ciddi rol oynayır. Artıq ölkəmizin təhlükəsizlik qarantı həm ABŞ, həm də Avropa Birliyidir. Azərbaycan dünyanın ən mürəkkəb layihələrindən birinə imza atmaqla, dünyada önəmini nəinki artırdı, həm də xalqımızın başını digər xalqlar yanında daha da uca etdi. Bu gün bizim xalqımız Avropalıların enerji təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilib".

Növbəti müzakirədə bildirilir ki, ölkə tarixində 2013-cü il üçün ikinci yadda qalan hadisə Azərbaycanın fevralın 8-də kosmosa "Azerspace-1" süni peykini buraxıb və kosmos ölkələri ailəsinə qovuşması olub. Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirləri və mənfəətləri diqqətə çatdırılıb. 
"Hazırda Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir. İlk öncə belə fikirlər var idi ki, bu layihə iqtisadi cəhətdən rentabelli olmayacaq. Amma, ilk ilində xərclərini ödəyərək, gəlir gətirməyə başladı. Bu layihə Azərbaycanın imza atdığı ən yadda qalan layihələrdən biridir".

Üçüncü ən yadda qalan hadisə kimi isə Avropa Birliyi ilə Azərbaycan arasında vizanın sadələşdirilməsi sazişinin imzalanması göstərilir.
Müzakirədə noyabrın 29-da Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanmasının ölkəmizə və vətəndaşlarımıza nə kimi fayda verəcəyi açıqlanıb.
"İlk öncə, Azərbaycanın qanunları Avropa Birliyi standartlarına uyğunlaşdırılacaq. Bu sazişin realllığa çevrilməsi Azərbaycanla birlik arasında assosiativ müqavilənin reallaşdırılmasına təkan verəcək. Bununla bərabər, anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Viza rejiminin sadələşdirilməsi ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlərlə viza almasını təmin edəcək. Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq. Bundan başqa, uzunmüddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları Şengen vizalarını pulsuz əldə edəcəklər. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir. Əlavə olaraq, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq. Bununla bərabər, vizanın alınması üçün tələb edilən sənədlərin sayı kifayət qədər azalacaq. Ən önəmlisi isə, Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar".
"Ağ yol" qeyd edib ki, 2013-cü il 9 oktyabrda növbəti prezident seçkilərinin keçirilməsi ötən il üçün dördüncü ən yadda qalan hadisədir. 
"Seçkilərin müxtəlif ekspertlər tərəfindən çətin bir şəraitdə keçiriləcəyi söylənilirdi. Rusiyanın ölkəmizdə inqilab etmək niyyəti də ortaya atılmışdı. Hətta, Ərəb inqilablarının da davamının Bakıya çatacağı deyilirdi. Amma, tarix və xalq göstərdi ki, Azərbaycan xalqı daha yetişgən və daha müdrikdir. Müxalifət və ya iqtidar olub olmamasından asılı olmayaraq xalqımız siyasi mədəniyyət nümunəsi göstərdi. Bu fakt ən yadda qalan hadisələrdən birinə çevrildi.

Seçkilər ərəfəsində xalqın həm beynəlxalq hadisələr, onların analizi, ölkəmizə təsiri, seçki maarifləndirirlməsi barədə "Ağ Yol" Vətəndaş Hərəkatının gördüyü işlər də innovasiya və yanaşmalar baxımından yadda qalan oldu. Onun apardığı müxtəlif kampaniyalar həm internet məkanına yeniliklər gətirdi, həm də sosial şəbəkələrə baxışı dəyişdirdi".

Bu günki müzakirədə isə beşinci ən yadda qalan hadisənin Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirdiyi görüşün olduğunu vurğulanıb. Müzakirədə danışıqlar prosesinin bərpasının ekspertlər və siyasi təhlilçilər tərəfindən analoji olaraq dəyərləndirildiyi göstərilib. 
"Əgər Azərbaycan tərəfi görüşlərin bərpasına razılıq veribsə, demək ki, ortada hasısa razılaşma var. Bu razılaşma nədir? Bunun nə olduğunu Türkiyənin Xarici İşlər Naziri Ahmet Davudoğlu dilə gətirdi.

Ermənistan Dağlıq-Qarabağdan kənar işğal etdiyi bir neçə rayonu azad etməyə razılıq verib. Türkiyə isə bunun müqabilində Ermənistanla sərhədləri açacaq və Sürix prosesinə - Ermənistan və Türkiyə arasında imzalanan protokol yeni nəfəs alacaq.

Danışıqlar davam edir. Prosesə Türkiyə də qoşulub. Tərəflər arasında xarici işlər nazirləri səviyyəsində bir neçə görüş artıq keçirilib. Növbəti görüş isə 2014-cü ilin əvvəllərində iki prezident arasında keçiriləcək".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM